Qadin.NET / Ermənilərin "parlament" şousu

Ermənilərin "parlament" şousu

Azər­baycan və Er­mə­ni­s­­tan pre­zi­den­t­lə­ri­nin Vya­na­da bir araya gəl­mə­lə­ri ərə­fə­sin­də Cə­nu­bi Qaf­qa­zın in­for­ma­siya ag­en­t­lik­lə­ri bir "siy­a­si tə­şəbbüs" ha­q­da xə­bər yay­dı­lar. Onu "siy­a­si tə­şəbbüs"dən­sə, tə­x­ri­bat ad­lan­dır­maq da­ha doğru olar­dı. Söh­bət Er­mə­ni­s­tan par­la­men­ti­nin müxa­li­fət­çi "İrs" par­tiy­a­sın­dan olan frak­siy­a­sı­nın rəh­bə­ri Za­uri Po­s­tanc­ya­nın tək­li­fi ilə müza­ki­rəyə çı­xa­rıl­mış ""Dağlıq Qa­ra­bağ Re­s­pub­li­ka­sı"nın müstə­qil­liy­i­nin ta­nın­ma­sı haq­qın­da" (dır­naq işa­rə­si bi­zə məx­su­s­dur - red.) ad­lı qa­nun lay­i­hə­sin­dən ge­dir. Am­ma qa­nun lay­i­hə­si sə­sə qoy­u­lan za­man if­la­sa uğ­rayıb. Onu cə­mi 10 de­pu­tat də­s­tək­ləy­ib. Ha­kim Er­mə­ni­s­tan res­pub­li­ka par­tiy­a­sı­nın (ERP), müxa­li­fət­çi ermə­ni mil­li kon­qre­si­nin (EMK) və "Çiçək­lə­nən Er­mə­ni­s­tan" par­tiy­a­sı­nın (ÇEP) frak­siy­a­la­rı isə ümu­miyyət­lə, sə­s­ver­məyə qa­tıl­ma­q­dan im­ti­na edib­lər. Par­la­men­tin müstə­qil de­pu­tat­la­rı da sə­s­ver­məyə qa­tıl­mayıb­lar. Qa­nun lay­i­hə­si­nə səs ver­­məyə ha­zır ol­duq­la­rı­nı yal­nız "daş­nak­sutyun"un frak­siya üzvlə­ri bil­di­rib­lər. Nə­ticə­də, Zauri Po­s­tancyan İrəva­nın "panorama.am" say­tı­na müsa­hi­bə­sin­də dey­ib: "Bu və­ziyyət gö­s­tə­rir ki, Er­mə­ni­s­tan­da mil­li məclis yox­dur və par­la­ment vicda­nı­nı iti­rib". Söz­üg­e­dən tə­şəbbüsə Er­mə­ni­s­tan xarici işlər nazir­liyi də eti­raz edib. Na­zir­lik rə­s­mi­lə­ri bu mə­sə­lə­nin gündə­mə gə­ti­ril­mə­si­nin "məq­sə­də­uyğun ol­ma­dığı­nı" açıq şə­kil­də dey­ib­lər. On­lar fi­kir­lə­ri­ni bu hal­da Er­mə­ni­s­ta­nın pro­se­s­də "tən­ha qa­lacağı", bu­nun isə ar­zu­la­nan ol­ma­ma­sı ilə əsas­lan­dı­rıb­lar.
Ək­sə­riyyə­tin qeyd et­diyi ki­mi, Er­mə­ni­s­tan hə­qi­qə­tən də Dağlıq Qa­ra­bağın müstə­qil­liy­i­nin ta­nın­ma­sı ki­mi ad­dı­mı at­maq iq­ti­da­rın­da dey­il. Bu ad­dı­mı di­a­lo­qa, re­g­i­on­da qar­şı­lıq­lı ina­mın ar­tı­rıl­ma­sı­na də­s­tək ki­mi tə­q­dim et­mək çox çə­tin olar­dı. Bun­dan baş­qa, "Dağlıq Qa­ra­bağın müstə­qil­liyi" müəyyən sər­həd­lər çər­çi­və­sin­də ta­nın­ma­lı ola­caq. Və de­mə­li, Dağlıq Qa­ra­bağ Mux­­tar Vi­lay­ə­ti­nin ət­ra­fın­da olan və heç vaxt er­mə­ni əha­li­nin ya­şa­ma­dığı 7 ray­on­la bağlı da ye­kun qə­ra­ra gəl­mək la­zım gə­ləcək. On­la­rın nümay­iş­ka­ra­nə şə­kil­də "öz mü­qəd­də­ra­tı­nı təy­in et­miş Qa­ra­bağ"ın bir his­sə­si ki­mi ta­nın­ma­sı çox ri­s­k­li ad­dım olar­dı. Dünya bir­liyi Er­mə­ni­s­ta­na yax­şı müna­si­bə­ti­nə rəğmən, bu­nu an­layış­la qar­şı­laya bil­məz.
Bu əra­zi­lər­dən im­ti­na isə da­ha da ri­s­k­li­dir - bu­ra­da mə­sə­ləyə er­mə­ni ul­tra-mil­lət­çi­lə­ri qo­şu­lacaq­lar. Serj Aza­to­viç isə on­lar­la za­ra­fa­tın pis nə­ticə­lən­diy­i­ni bi­lir.
Rə­s­mi İrəvan bu mə­sə­lə ilə bağ­lı möv­qey­i­ni, çə­tin ki, ay­dın və qə­ti şə­kil­də or­taya qoya bil­sin. Bu üzdən də par­la­ment­də az an­la­şı­lan ma­nevrlər edil­mə­li olur.
Sə­s­ver­mə tə­şəbbüsü mü­xa­­li­fət­çi "İrs" par­tiy­a­sı­nın frak­siy­a­sın­dan gə­lib. Par­tiy­a­nın fə­al­la­rı bu tə­şəbbüsü ilk də­fə dey­il ki, irə­li sü­rür­lər. Odur ki, bu­də­fə­ki sə­s­ver­mə, açığı­nı de­sək, "mar­mot günü"nü xa­tır­la­dıb.
Qa­ra­bağ daş­nak­la­rı­nın li­der­lə­rin­dən olan Da­vid İş­hanyan "Kaf­kaz­ski uzel"in əmək­da­şı­na açıq­la­ma­sın­da "İrs" par­tiy­a­sı­nın "DQR"in ta­nın­ma­sı­na da­ir qa­nun lay­i­hə­si­ni əv­vəl­lər də irə­li sürdüyünü xa­tır­la­dıb. O, bu tə­şəbbüslə­rin hər də­fə uğur­suz­luq­la nə­ticə­lən­diy­i­ni vu­rğ­u­layıb: "Ar­tıq mən­də be­lə bir şübhə ya­ra­nıb ki, "İrs" par­tiy­a­sı "DQR"in müstə­qil­liy­i­nin ta­nın­ma­sı mə­sə­lə­si ilə sa­dəcə ma­ni­pulya­siya edir. Məq­səd isə "Dağlıq Qa­ra­bağ"ın bey­nəl­xalq bir­lik tə­rə­fin­dən ta­nın­ma­sı ilə bağlı re­al pro­se­sə ma­ne ol­ma­q­dır".
Bu yer­də qeyd edək ki, "Dağlıq Qa­ra­bağın bey­nəl­xalq bir­lik tə­rə­fin­dən ta­nın­ma­sı pro­se­si", sa­dəcə, İş­hanya­nın par­tiy­a­daş­la­rı­nın ar­zu­la­rın­da mö­vcud­dur və onun siy­a­si re­al­lığa heç bir uyğun­luğu yox­dur. Görünən odur ki, Er­mə­ni­s­ta­nın əsas müxa­li­fət qüvvə­si ol­mağa id­di­a­lı "İrs" par­tiy­a­sı üçün bu cür "par­­la­ment şo­u­la­rı", sa­dəcə, siy­a­si ge­di­şə çe­v­ri­lib. Bu­nun­la ya­na­şı, par­tiya li­der­lə­ri­nin əməl­lə­ri or­taya su­al çı­xa­rır: "müxa­li­fət", "sülh par­tiy­a­sı" an­layış­la­rı ilə müa­sir Er­mə­ni­stan ara­sın­da bə­ra­bər­lik işa­rə­si qoy­maq olar­mı?
Qal­ma­qal­lı qa­nun lay­i­hə­si­ni Za­uri Po­stancyan irə­li sürüb. O, bu ya­­xın­lar­da Stras­bur­q­da Serj Sarqs­ya­na ka­zi­no­da as­t­ro­no­mik məb­ləğ uduz­ma­sı­na da­ir su­al ver­miş, so­nra­dan Er­mə­ni­s­tan par­la­men­tin­də cid­di tə­qi­bə mə­ruz qal­mış şəx­sdir.
Bu par­tiy­a­nın ta­ri­xin­də da­ha ma­raq­lı ha­di­sə 2012-ci ilin noy­a­b­rın­da, Asiya Siy­a­si Par­tiy­a­la­rı Bey­nəl­xalq Kon­fran­sı­nın (ICAPP) 7-ci Baş As­sam­bley­a­sı za­ma­nı baş ver­miş­di. Top­lan­tı­da "İrs" par­tiy­a­sı­nın nümay­ən­də hey­ə­ti də iş­ti­rak edir­di. Nümay­ən­də hey­ə­ti­nin baş­çı­sı, par­tiy­a­nın li­de­ri Raf­fi Ovan­nisyan fo­ru­mun ge­di­şin­də səs-küylu qal­ma­qal ya­rat­mağa cəhd gö­s­tər­miş­di. Əv­vəlcə o, "Art­sa­xın öz müqəd­də­ra­tı­nı təy­in et­mə hüqu­qu" ha­q­da or­dan-bur­dan "də­lil­lər" gə­tir­di, Er­mə­ni­s­ta­nın ki­min­sə əra­zi­si­ni işğ­al et­mə­diy­i­ni, əs­lin­də, azər­baycan­lı­la­rın "öz müqəd­də­ra­tı­nı təy­in et­miş" Qa­ra­bağa (öz əra­zi­sin­də) qar­şı tə­cavüzə yol ver­dik­lə­ri­ni bəy­an et­miş­di. Da­ha so­nra ICAPP-nin ye­kun qət­na­mə­si­nin müza­ki­rə­si za­ma­nı sə­nəd­də Azər­bayca­nın əra­zi bütövlüyünün də­s­tək­lən­mə­si­nə da­ir fi­k­rə eti­raz edən Ovan­nisyan növ­bə­dən­kə­nar tri­bu­naya qal­xmağa cəhd et­miş, ye­rin­dən nüfuz­lu bey­nəl­xalq fo­ru­ma dey­il, İrəvan­da­kı mi­tin­q­lə­rə xas şüar­lar səs­lən­dir­miş­di. Şübhə­siz, Ovan­nisyan bu da­v­ra­nış­la­rı ilə görüşün ye­kun sə­nə­di­nin mət­ni­ni dəy­iş­dir­məyə na­il ol­ma­dı. Onun məq­sə­di baş­qa idi: 2013-cü ilin fe­v­ra­lın­da Er­mə­ni­s­tan­da pre­zi­dent seç­ki­si ke­çi­ri­ləcək­di. Ovan­nis­yan isə "per­spek­tiv­li na­mi­zəd" sayı­lır­dı. Be­lə olan tə­q­dir­də o, "pi­ar" üçün Ba­kı­da ke­çi­ri­lən bey­nəl­xalq fo­rum­dan da­ha yax­şı mey­dan ağlı­na be­lə, gə­ti­rə bil­məz­di.
So­nra­dan cə­nab Ovan­nisyan ar­tıq seç­ki kam­pa­niy­a­sı za­ma­nı Qa­ra­bağla bağlı bir sı­ra sərt bəy­a­nat­lar­la çı­xış et­di. Rə­s­mi mə­lu­ma­ta gö­ər, o, seç­ki­də məğlub ol­du. Am­ma Ovan­nisya­nın tə­rəf­dar­la­rı re­al qa­li­bin Sarqsyan yox, Ovan­nisyan ol­duğu­na əmin­dir­lər. Bütün bun­lar ilk ba­xış­dan gö­ründüyündən da­ha cid­di mə­sə­lə­lər­dir. "İrs" par­tiy­a­sı Er­mə­ni­s­tan­da özü­nü, az qa­la, əsas müxa­li­fət qüv­və­si ki­mi tə­q­dim edir. Onun li­der­lə­ri "qərbpə­rəst" möv­qe­lə­ri ilə öyü­nür, Er­mə­ni­s­ta­nın "Av­ro­paya in­­te­q­ra­siy­a­sı"nın qa­tı tə­rəf­dar­la­rı ki­mi çı­xış edir­lər. Sentya­b­rın 3-də isə İrə­va­nın bu per­spek­ti­vi­nin üzə­rin­dən qa­lın bir xətt çə­kil­di.
Am­ma Za­uri Po­stancya­nın qal­ma­qal­lı qa­nun lay­i­hə­si və Raf­fi Ovan­nisya­nın Ba­kı­da­kı əməl­lə­ri bir şeyi açıq şə­kil­də or­taya qoy­du: "İrs" par­tiy­a­sı "sağlam" sayıl­ma­sı müm­kün ol­may­an siy­a­si qüvvə­dir və Er­mə­ni­s­ta­nın da­ha yax­şı gə­ləcəy­i­ni onun­la bağla­maq ol­maz.
Mənbə: Region.Plyus
30 noyabr 2013
GO BACK