Xüsusilə, bayram günlərində uşaqların istifadə etdikləri partlayıcı maddələr müxtəlif bədən xəsarətləri, hətta kor olmaqla nəticələnə bilər. Ona görə bu mövzuda valideynlər daha diqqətli olmalı, övladlarını məlumatlandırmalı, onlara partlayıcıların nə kimi fəsadlar çıxaracağını izah etməlidirlər. Yaxşı olar ki, təhlükəli və partlayıcı maddələr almamaq daha məqsədəuyğun olardı. Göz ən həssas orqan olduğundan daha tez təhlükəyə məruz qalır və çox təəssüf ki, əksər vaxt zədələnmiş gözü əvvəlki vəziyyətə qaytarmaq mümkün olmur. Partlayıcı maddələr, göründüyü kimi, heç də sadə partlayıcılar deyil. Bu partlayıcılar eyni zamanda uşağın psixologiyasının pozulmasına səbəb olur, yaşam tərzinə mənfi təsir göstərir. Hava fişəngləri göz və bir çox orqan itkisinin yaşanması ilə nəticələnə bilər. Gecə atılan fişənglər isə istər kiçikyaşlı, istərsə də yaşlı insanlarda qorxu, vahimə yaradır, onların psixologiyasını pozur. Bu vəziyyət uşaqlarda zədə yaşanmasına səbəb olub, psixologiyalarını pozur. Yaddan çıxarmamalıyıq ki, əyləncə xatirinə başqasını narahat etməyə haqqımız yoxdur. Buna görə də partlayıcı maddələrlə bağlı (xüsusilə də, bayram günlərində fasiləsiz olaraq istifadə edilən partlayıcılara görə) səlahiyyətlilərin işə müdaxilə etməsi və bu mövzuda müəyyən tədbirlər görülməsi daha məqsədəuyğun olardı.
Mənbə: Zaman.Azərbaycan