Qadin.NET / Qarakənd: sülhə olan ümidlərin dəfni

Qarakənd: sülhə olan ümidlərin dəfni

 

Azər­baycan, Ru­siya və Qa­­za­xı­s­ta­nın yüksək rüt­bə­li mə­mur­lar, de­pu­tat­lar, hərbçi­lər və jur­na­list­lər­dən ibarət sülhmə­ram­lı qru­pu­nun er­mə­ni ter­ro­ru­nun qur­ba­nı ol­ma­sın­dan 22 il ke­çir. 20 noy­abr 1991-ci il­də Xoca­vənd ray­o­nu­nun (Mar­tu­ni) Qa­ra­kənd kən­di ya­xın­lığın­da er­mə­ni ter­ror­çu­la­rı ra­ket­lə "Mi-8" ver­tolyo­tu­nu vur­du­lar. Nə­ticə­də, ver­tolyot­da­kı 22 nə­fər hə­lak ol­du. On­la­rın ara­sın­da hey­ət üzvlə­ri ilə ya­na­şı, Azər­­bayca­nın ta­nın­mış döv­lət və hö­ku­mət xa­dim­lə­ri, Ru­siya və Qa­za­xı­s­tan­dan olan müşa­hi­də­çi­lər də var idi. Qrup DQMV-yə qı­zış­ma­q­da olan Qa­ra­bağ müna­qi­şə­si­nin sülh yo­lu ilə çözülmə­si niyyə­ti ilə Qa­ra­bağ se­pa­rat­çı­la­rı və on­la­rın Er­mə­ni­s­tan­dan olan rəh­bər­lə­ri ilə görüşə ge­dir­di­lər. Tə­əssüf ki, Azər­baycan xal­­qı­nın lay­iq­li nümay­ən­də­lə­ri­nin, rus və qa­zax sülhmə­ram­lı­la­rı­nın ölü­mü ilə nə­ticə­lən­miş bu qan­lı ter­ror ak­tı­nı kon­kret han­sı er­mə­ni ci­nay­ət­ka­rı­nın tö­rət­diyi ay­dın­laş­dı­rıl­mayıb. Hö­ku­mət ver­tolyo­tu­nun par­t­la­dıl­ma­sı yo­lu ilə tö­rə­dil­miş bu in­si­dent vax­ta­şı­rı in­di də mət­bu­a­tın gündə­mi­nə gə­lir. Biz isə bu mə­qa­lə­də çox­la­rı­nın bil­mə­diyi bə­zi fak­t­la­ra, hə­min ha­di­sə­nin şa­hid­lə­ri­nin söz­lə­ri­nə yer ayı­racağıq.
1990-cı il­lər­də özünümüda­fiə də­s­tə­si­nin ko­man­di­ri ol­muş Xoca­vənd ray­o­nu­nun icra baş­çı­sı Ey­vaz Hüsey­nov ha­di­sə ha­q­da ki­fay­ət qə­dər ma­raq­lı de­tal­lar açıq­layıb:
"1991-ci il oktya­b­rın 31-də er­mə­ni­lər Xoca­vənd ray­o­nu­nun Tuğ və Sa­la­kə­tin kən­d­lə­ri­ni işğ­al et­di­lər. Da­ha so­nra - noy­a­b­rın 19-da ke­ç­miş SSRİ-nin 366-cı mo­to­atıcı alayı­nın kö­mək­liyi ilə er­mə­ni ci­nay­ət­kar­la­rı Mar­tu­ni (in­di­ki Xoca­vənd) ray­on mər­kə­zi­nin ya­xın­lığın­da yer­lə­şən ki­çik Xoca­vənd kən­di­ni də ələ ke­çir­di­lər. Bun­dan so­nra Xan­kən­diyə apa­ran əsas yo­lun üzə­rin­də yer­lə­şən Qa­ra­dağlı kən­di və Xoca­lı şə­hə­ri­nin 4 ay­lıq müha­si­rə­si baş­la­dı. Bir gün so­nra - noy­a­b­rın 20-si sə­hər Xoca­vənd və di­g­ər kən­d­lə­ri­mi­zin er­mə­ni­lər tə­rə­fin­dən qo­vul­muş əha­li­si Azər­baycan rəh­bər­liy­in­dən kö­mək is­tə­mək üçün rə­s­mi­lə­rin ya­nı­na nümay­ən­də hey­ə­ti gön­dər­di. Biz Ağda­ma çat­dıq və öl­kə rəh­bər­liy­in­dən kö­mək tə­ləb et­məyə baş­la­dıq. Bir müddət so­nra Azər­bayca­nın mər­hum döv­lət ka­ti­bi To­fiq İs­mayı­lo­vun rəh­bər­lik et­diyi hö­ku­mət nümay­ən­də­lə­ri Ağda­ma gəl­di­lər. Biz on­lar­dan öl­kə rəh­bər­liy­i­nin müda­fi­ə­miz üçün təd­bir­lər gör­mə­si­ni tə­ləb et­dik. To­fiq İs­ma­yı­lov və­ziyyə­tin ay­dın­laş­dı­rıl­ma­sı və er­mə­ni tə­rə­fi ilə da­nı­şıq­la­rın apa­rıl­ma­sı üçün Xoca­vənd kən­di­nə uç­mağa ha­zır­laş­dıq­la­rı­nı bil­dir­di. Ağsaq­qal­la­rı­mız onu bu fi­kir­dən da­şın­dır­mağa ça­lı­şır, er­mə­ni muz­d­lu­la­rı üçün kən­d­li­lə­rin və ya Azər­baycan rəh­bər­liy­in­də təm­sil olu­nan şəx­slə­rin öldürülmə­si­nin fərq et­mə­diy­i­ni bil­di­rir­di­lər. La­kin nümay­ən­də hey­ə­ti son ana­dək Qa­ra­bağda əsl müha­ri­bə get­diy­i­ni an­la­ma­dı­lar və Xoca­vən­də yo­la düşdülər. Nə­ticə­də, 1991-ci il noy­a­b­rın 20-də Dağ­lıq Qa­ra­bağ Mux­tar Vi­lay­ə­ti­nin Mar­­tu­ni (in­di­ki Xoca­vənd) ray­o­nu­nun Qa­ra­kənd kən­di ya­xın­lığın­da er­mə­ni ya­raq­lı­la­rı Azər­baycan hö­ku­mə­ti­nə məx­sus ver­tolyo­tu vur­du­lar. Ver­tolyot­da isə Azər­bayca­nın ən yax­şı oğul­la­rı, Ru­siya və Qa­za­xı­s­tan­dan olan sülhmə­ram­lı­lar var idi". Qa­ra­bağ müha­ri­bə­sin­də bir ne­çə or­du his­sə­lə­ri­nə ko­man­dir­lik et­miş pol­kov­nik Məm­məd Qə­di­rov da baş ve­rən­lər­lə bağlı xa­ti­rə­lə­ri­ni "R+" jur­na­lı ilə bölüşüb. M. Qə­di­rov Qa­ra­bağ müna­qi­şə­si­nin ilk günlə­rin­dən Xoca­vənd is­ti­qa­mə­tin­də Azər­baycan tor­paq­la­rı­nın er­mə­ni işğ­al­çı­la­rın­dan müda­fi­ə­si­nin təş­ki­lin­də iş­ti­rak edib. O, ver­tolyo­tun vu­rul­duğu əra­zi­lər­də çox olub. Pe­şə­kar so­vet za­bi­ti olan Qə­di­rov er­mə­ni muz­d­lu­la­rı­nı müşa­hi­də edib, on­la­rın hə­rə­kət­lə­ri ilə bağlı in­for­ma­siya top­layıb: "1991-ci il av­qu­s­tun son­la­rı, sentya­b­rın əv­vəl­lə­rin­də mə­nə er­mə­ni sa­kin­lə­rə is­ti­na­dən re­g­i­o­na İrəvan­dan Avo ad­lı (bey­nəl­xalq er­mə­ni ter­ror­çu, ASALA-nın li­de­ri Mon­te Mel­konyan - red.) səh­ra ko­man­di­ri­nin gəl­diyi ha­q­da in­for­ma­siya ver­di­lər. So­nra­dan bil­dik ki, xa­ricdən gə­lən Avo re­g­i­on­da sil­si­lə ter­ror ak­t­la­rı tö­rə­dir və heç nə ol­ma­mış ki­mi ye­ni­dən İrəva­na qayı­dır. Avo Azər­baycan tə­rə­fin­də baş ve­rən­lər ha­q­da ope­ra­tiv mə­lu­mat­lar alır, onun də­s­tə­si DQMV-yə han­sı uçuş­la­rın və ya sə­fər­lə­rin ha­zır­lan­dığı­nı əv­vəlcə­dən bi­lir­di. Bu iş­də ona DQMV-nin er­mə­ni mə­mur­la­rı kö­mək edir­di­lər. "Mi-8" hö­ku­mət ver­tolyo­tu­nun vu­rul­duğu noy­abr ayın­da da biz­də Avo­nun "saq­qal­lı­lar"la re­g­i­on­da ol­duğu­na da­ir mə­lu­mat var idi. Məq­səd ye­nə də kon­kret əmə­liyya­tın həy­a­ta ke­çi­ril­mə­si idi. He­sab edi­rəm ki, 1991-ci il noy­a­b­rın 20-də Azər­baycan hö­ku­mə­ti­nə məx­sus ver­tolyo­tun vu­rul­ma­sı Avo­nun həy­a­ta ke­çir­diyi ilk miqyas­lı ter­ror ak­tı­dır. Ver­tolyo­tun vu­rul­ma­sı üçün cid­di tak­ti­ki ha­zır­lıq apa­rıl­mış, in­diy­ə­dək re­g­i­on­da ol­­may­an ra­ket növündən is­ti­fa­də olun­muş­du".
Qeyd edək ki, 1991-ci ilin noy­a­b­­rın­da hö­ku­mət ver­tolyo­tu­nun vu­rul­ma­sı Azər­baycan­da yüzlər­lə ter­ror ak­tı həy­a­ta ke­çi­rə­rək min­lər­lə in­sa­nın həy­a­tı­na son qoy­muş er­mə­ni muz­d­lu­la­rı­nın ter­ror­çu­luq fə­a­liy­yə­ti­nin, sa­dəcə, bir bən­di idi. Dün­ya bir­liyi ter­ror, qa­dın­la­rın, uşaq­­la­rın, qoca­la­rın məh­vi­ni təb­liğ edən er­mə­ni mil­lətçi­liy­i­nin əsl si­ma­sı­nı ta­nı­ma­lı­dır. Azər­baycan əra­zi­lə­rin­də ter­ror ak­t­la­rı təş­kil et­miş, et­nik tə­miz­lə­mə apar­mış in­san­lar ha­zır­da Er­mə­ni­s­tan rəh­bər­liy­in­də təm­sil olu­nur­lar - Er­mə­ni­s­tan pre­zi­den­ti, müda­fiə na­zi­ri və di­g­ər yük­sək rütbə­li mə­mur­lar ha­ki­miyyə­tə məhz gü­nah­sız in­san­la­rın qa­nı­nı axı­da­raq yiy­ə­lə­nib­lər.
Mənbə: Region.Plyus
30 noyabr 2013
GO BACK