Qadin.NET / Həmyerlimiz Vilnüsdə həmsədr seçilib

Həmyerlimiz Vilnüsdə həmsədr seçilib

 

Bu gün Vilnüsdə keçirilən İdarə Heyətinin toplantısında Azərbaycan Milli Platformasının əlaqələndiricisi Vüqar Bayramov Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” Proqramının Vətəndaş Cəmiyyəti Forumunun həmsədri seçilib. Modern.az xəbər verir ki, bu barədə iqtisadçı Qubad İbadoğlu məlumat verib. O bildirib ki, Vüqar Bayramov bu vəzifəni daşıyan ilk azərbaycanlı olacaq. Q. İbadoğlu hesab edir ki, onun bu nailiyyəti Azərbaycan Vətəndaş Cəmiyyətinin Milli Platformasının apardığı davamlı və sistemli fəaliyyətin nəticəsidir.

Mənbə: Milli.Az

 

30 noyabr 2013
GO BACK