Qadin.NET / 20 aylıq körpə transfer olundu

20 aylıq körpə transfer olundu

 

Futbol dünyasında maraqlı bir transfer gerçəkləşib. Qol.Az-ın "Sporx.com"a istinadən verdiyi məlumata görə, Belçikanın "Rakinq Boksberq" klubu Brus Braytes adlı 20 aylıq körpəni transfer edib. Klubun məşqçi heyəti tərəfindən bəyənilən körpə 5 yaşdan aşağı olan qrupa daxil edilib. "Rakinq Boksberq"in mətbuat xidmətinin rəhbəri Dani Vodnik B.Braytesin topla sanki 4-5 yaşlı uşaqlar kimi oynadığını deyib: "Onlar kimi də driblinqlər edir. Üstəlik, hər iki ayağından istifadə etməyi bacarır".
Mənbə: Milli.Az
30 noyabr 2013
GO BACK