Qadin.NET / Azərbaycan hərbçiləri NATO-nun bəzi tədbirlərində iştirak edəcəklər

Azərbaycan hərbçiləri NATO-nun bəzi tədbirlərində iştirak edəcəklər

 

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri dekabr ayında NATO-nun bəzi tədbirlərində iştirak edəcəklər. Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Azərbaycan hərbçiləri dekabrın 10-12-də Finlandiyanın Tusula şəhərində keçiriləcək NATO-nun və tərəfdaş ölkələrin Arxa Cəbhə idarəsi ekspertlərinin daimi qrupunun işçi görüşündə iştirak edəcəklər. Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri, həmçinin dekabrın 10-13-də İstanbulda keçiriləcək NATO Kollektiv Regional Təliminin (REGEX-14) Planlaşdırma İşçi görüşündə iştirak edəcəklər. Hər iki görüşdə Azərbaycan və NATO əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunacaq.

Mənbə: Milli.Az

30 noyabr 2013
GO BACK