Publika.az-ın məlumatına görə, buxtada sahilə yan alan yeni gətirilmiş gəmi iki hissədən ibarətdir.
Burada insanlar həm dəniz gəzintisinə çıxa, həm də restoranda istirahət edə bilərlər. Gəminin restoran yerləşən hissəsi nisbətən qapalıdır. Açıq hissədə isə oturacaqlar quraşdırılıb. Qış aylarında üstü açıq hissə xüsusi materialla örtülə bilir. Yeni gətirilmiş gəmiyə “Mirvari” adı verilib. Yaxın günlərdə bu gəmi də sakinlərin və şəhərin qonaqlarının xidmətinə veriləcək.
Mənbə: Milli.Az