Qadin.NET / Milli Şuradan istefalar gözlənilir

Milli Şuradan istefalar gözlənilir

 

“Sessiyadan sonra Milli Şuranın bəzi üzvləri Rüstəm İbrahimbəyovun istefasını əsas gətirərək, qurumdan istefa verə bilərlər. Bu istefalar yalnız Rüstəm İbrahimbəyovla deyil, ümumiyyətlə Milli Şurada bir aydır sessiyanın keçirilməməsi və bir çox məsələlərin müzakirəsiz qalması ilə bağlı da ola bilər”.Bunu APA-ya açıqlamasında Rüstəm İbrahimbəyovun Milli Şuranın sədri postundan istefası barədə qərarına münasibət bildirən “EL” Hərəkatının sədr müavini, Milli Şuranın üzvü Zəfər Quliyev deyib.Z. Quliyev bildirib ki, R. İbrahimbəyovun istefası Milli Şurada təmsil olunan qurum kimi “EL” Hərəkatına da təsir edib: “Lakin Milli Şura sədrinin istefasının “EL” Hərəkatını hansısa seçim qarşısında qoyacağını hesab etmək düzgün deyil. Ona görə ki, EL Hərəkatı Milli Şuradan öncə yaranıb və qurumun formalaşmasında fəal iştirak edib”.Z. Quliyev qeyd edib ki, R. İbrahimbəyovun istefası təəssüf hissi doğursa da, reallığa uyğundur: “O, açıq şəkildə bəyan edib ki, proseslərdən uzaqda olduğu üçün Milli Şuranın fəaliyyətində iştirak etmir, buna görə də Cəmil Həsənlinin namizədliyini irəli sürüb. Hesab edirəm ki, Cəmil Həsənlinin Milli Şuranın sədri seçilməsi əksəriyyət tərəfindən dəstəklənəcək. Cəmil Həsənlinin sədr olması Milli Şuranın fəaliyyətini gücləndirə bilər”. 

Mənbə: Milli.Az

30 noyabr 2013
GO BACK