“Yuventus”un sabiq idman direktoru Luşano Mocci Turin təmsilçisinin “Qalatasaray”la keçirəcəyi Çempionlar Liqası oyunu ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, İtaliya mətbuatına danışan Mocci Antonio Kontenin komandasını İstanbulda çox çətin qarşılaşmanın gözlədiyini deyib:
""Yuventus" "Kopenhagen"i məğlub etdi, amma Çempionlar Liqasında hücumdakı çatışmazlıqlarını bir daha göstərdi. İndi Türkiyədə bir bərabərlik kifayətdir, amma bu heç də asan olmayacaq. Şəxsi təcrübəmə əsaslanaraq İstanbuldakı oyunun sadəcə bir səfər görüşü olmayacağını deyə bilərəm. “Yuventus” orada çox atəşli azarkeşlər qarşısına çıxacaq. Əminən ki, Roberto Mançini də bu oyunda gücünü sübut etməyə çalışacaq". Qeyd edək ki, ÇL-in B qrupu çərçivəsindəki “Qalatasaray” - “Yuventus” qarşılaşması İstanbulda keçiriləcək.
Mənbə: Milli.Az