Yaponiya tarixində ilk dəfə olaraq baş nazirin rəsmi katibi vəzifəsinə qadın təyin edilib. Anspress-in “Gazeta.ru” saytına istinadən verdiyi xəbərə görə, Yaponiyanın baş naziri Sindzo Abe hökumətin rəsmi katibi vəzifəsinə Makiko Yamadu adlı qadını təyin edib."Sinxua" agentliyinin məlumatında deyilir ki, Makiko Yamadu buna qədər iqtisadiyyat, ticarət və sənaye nazirliyində çalışıb. Nazirlər Kabinetinin baş katibi Yesixide Suqa keçirdiyi mətbuat konfransında deyib ki, ölkə iqtisadiyyatının strategiyasını reallaşdırmaq üçün qadınların rolundan yetərincə istifadə etmək lazımdır.
Mənbə: Milli.Az