Qadin.NET / Türkiyədə sürücü hiyləgərliyinə qarşı qərar

Türkiyədə sürücü hiyləgərliyinə qarşı qərar

 

Trend-in məlumatına görə, bu haqda "Haber 7" telekanalı məlumat verib. Telekanalın məlumatına əsasən, bu addım ölkədə avtomobil qəzaları zamanı ölüm hallarının qarşısının alınması üçün atılır. Məlumata görə, ölkə ərazisində təhlükəsizlik kəmərlərinin başlığının satışına görə 180 lirə cərimə nəzərdə tutulub. Məlumatda o da qeyd olunur ki, ölkə ərazisində sürücülər təhlükəsizlik kəmərlərinin başlığından istifadə edərək, kəmərlərin xəbərdaredici siqnalını söndürürlər. Bu da qəza nəticəsində bir çox hallarda ağır nəticələrə səbəb olur. Türkiyədə son aylar yol hərəkəti qaydalarının pozuntusuna qarşı cərimələr də sərtləşdirilib. Belə ki, avtomobil yollarında müəyyən olunmuş sürət həddini keçməyə görə cəzalar 700 türk lirəsinə çatdırılıb.

 

Mənbə: Milli.Az

30 noyabr 2013
GO BACK