Qadin.NET / Fransa mətbuatı Parisdə təşkil olunmuş "Azərbaycan - tolerantlıq məkanı" fotosərgisindən yazır

Fransa mətbuatı Parisdə təşkil olunmuş "Azərbaycan - tolerantlıq məkanı" fotosərgisindən yazır

 

Fransanın "purepeople.com" saytında Heydər Əliyev Fondunun təşəbbüsü ilə noyabrın 22-də Parisdə təşkil olunmuş "Azərbaycan - tolerantlıq məkanı" fotosərgisi haqqında məqalə dərc edilib. Bu barədə Trend Heydər Əliyev Fondunun rəsmi saytına istinadən məlumat verir. Məqalədə bildirilir ki, tanınmış fotoqraf Reza Deqatinin Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunmuş sərgisinin açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva, Fransanın Frankafoniya üzrə naziri, Fransa Prezidentinin Frankofoniya üzrə xüsusi təmsilçisi Yamina Benqiqi, Parisin VII rayonunun meri Raşida Dati, ictimai və siyasi xadimlər, tanınmış mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər. Tədbir Fransa ictimaiyyətində böyük maraq doğurub.

 

Mənbə: Milli.Az

30 noyabr 2013
GO BACK