Qadin.NET / Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclası keçiriləcək

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclası keçiriləcək

 

Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən dekabrın 18-də Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclası keçiriləcək. Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Məlumata görə, Bakıda keçiriləcək islas dekabrın 20-dək davam edəcək. İclasda iki ölkə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunacaq.Qeyd edək ki, Yüksək Səviyyəli Hərbi Dialoq İclası 2007-ci ildən ildə bir dəfə olmaqla keçirilir. Nümayəndə heyətlərinə Azərbaycan tərəfdən müdafiə nazirinin müavini, Türkiyə tərəfdən isə Silahlı Qüvvələrin Baş Qərargahının II rəisi sədrlik edir.Yüksək Səviyyəli Hərbi Dialoq İclası çərçivəsində Siyasi-Hərbi Yardımçı İşçi Qrupu, Müdafiə Sənayesində Əməkdaşlıq üzrə Yardımçı İşçi Qrupu və Maddi-Texniki Təminat üzrə Yardımçı İşçi Qrupu fəaliyyət göstərir.

Mənbə: Milli.Az

30 noyabr 2013
GO BACK