Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Azərbaycan-Gürcüstan ikitərəfli əməkdaşlıq planına əsasən, Müdafiə Nazirliyi nümayəndə heyəti Gürcüstan Silahlı Qüvvələrinin təhsil sistemi ilə tanışlıq məqsədilə dekabrın 3-də Tbilisiyə səfər edəcək. Səfər dekabrın 5-dək davam edəcək. Azərbaycan-Gürcüstan ikitərəfli əməkdaşlıq planına əsasən, həmçinin dekabrın 10-12-də Tbilisidə "STANAG Testlərinin təşkili və keçirilməsi üzrə təcrübə mübadiləsi" keçiriləcək. Azərbaycan hərbçiləri orada iştirak edəcəklər.
Mənbə: Milli.Az