ABŞ prezidenti Barak Obama yaxın zamanlarda onun daşıdığı vəzifəni qadınını tutacağına əmin olduğunu bildirib.Lent.Az-ın «interfaks»-a istinadən məlumatına görə, «ABC» telekanalına müsahibəsində Ağ Evin indiki yiyəsi deyib: «Ölkəmizdə dövlət qulluğunda qadınların işləməsi ilə bağlı inanılmaz plan var. Tezliklə ölkəmizin prezidentinin qadın olacağına şübhə yoxdur». Prezidenti müşayiət edən xanımı Mişel Obama isə «prezident olmaq istəyirsinizmi» sualına belə cavab verib: «Əlbəttə, yox».
Mənbə: Lent.Az