Qadin.NET / Hava haqqında - 30.11.2013

Hava haqqında - 30.11.2013

 

Milli.Az AzərTAc-a istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasındahavanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam və gecə saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Temperatur gecə 7-10°, gündüz 11-16° isti, Bakıda gecə 8-10°, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 757 millimetr civə sütununa enəcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimal olunur.
Temperatur gecə 2-7° isti, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 12-17° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi gözlənilir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağış yağacaq. Temperaturun gecə 5-10°, gündüz 12-17° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var.
Temperaturun gecə 3-8°, gündüz 10-15°, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağış yağacaq.
Temperaturun gecə 5-10°, gündüz 13-18° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, dağlıq rayonlarda sulu qara keçəcəyi gözlənilir. Temperatur gecə 7-10°, gündüz 11-16° isti, dağlarda gecə 5-7°, gündüz 8-13° isti olacaq.
Tibbi-meteoroloji proqnoz Dekabrın 2-dək Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin dəyişikliyi, güclü şimal-qərb küləyinin cənub-qərb küləyi ilə tez-tez əvəz olunması meteohəssas insanlar üçün əlverişsizdir.  
Mənbə: Milli.Az

 

30 noyabr 2013
GO BACK