Qoç - mühüm işə başlaya bilərsiniz. Fəaliyyətin yeni mərhələsinin ərəfəsidir. Yeni metodlar tətbiq edin. Başqalarının hələ fikirləşdikləri sahədə qüvvənizi sınayın. Uğur təminatı az olsa da, risk edin. Uzaqdan xoş xəbərlər ala bilərsiniz. Poçt qutularını yoxlayın. Sizi maraqlandıran təmaslarda aktivləşin. Günün ikinci yarısında şəxsi münasibətlərdə eqoizm, hövsələsizlik, sərtlik problemlər yarada bilər.
Buğa - işlər və görüşlərin çox olacağı gündür. Hadisələrlə zəngin gündə bəzi situsiyalar sizi təbdən çıxara bilər. Yaxın ətrafınızdakı insanlar yalnız öz maraqlarını düşünür, qaraqabaq davranırlar. Günün ikinci yarısında sərt tənqidi unudun. Konkret işlərdə sürətlənmə olacaq. İşgüzar fəaliyyətinizdə yeni mərhələ başlanır. Şəxsi münasibətlərdə tələskənlik etməyin. Hadisələrin öz axarı ilə davamına imkan verin.
Əkizlər - yaxşı perspektivlər vəd edən gündür. Vaxtınızı xırda və önəmsiz məsələlərə sərf etməyin. Aldığınız təklifləri ideyalarınızın çərçivəsindəki planlarla müqayisə edərək nəzərdən keçirin. Günün ikinci yarısında hansısa məqam diqqətinizi cəlb edə bilər. Görüləsi işlər artır. Yeni müttəfiqlə tanış olacaqsınız. Ailə üzvləri ilə münasibətləri gərginləşdirməyin, aqressiv davranmayın, sərt tənqidə varmayın. Axşam saatlarında səhhətinizə fikir verin.
Xərçəng - münaqişəli, yeni layihələr və danışıqlar üçün uğursuz gündür. Situsiyada dağıntı, müqavilələrin ləğv edilməsi meyli var. Əmlaka sahiblik və vəsaitin paylaşdırılması məsələlərində anlaşılmazlıqlar yarana bilər. Güzəştə getmək istəmirsinizsə, işlərinizlə məşğul olun, danışıqlarla planlaşdırmanı daha uğurlu vaxtadək təxirə salın. Günün ikinci yarısında sizinlə mübahisə edən insanla konflikt istəmirsinizsə, sərt danışmayın. Səhhətinizə fikir verin. Pis fikirləri unudun. Önəmli planlar barədə düşünün. Nikbin olun. Şəxsi həyatınızda özünümüdafiə refleksinin gücü artacaq. Sizi maraqlandıran məsələləri tərəfdaşdan öyrənməmək istəyiniz olacaq. Qısqanc olmayın.
Şir - yaşamın yönləri fərqli hal alır. Bu isə razılıq hissi əvəzinə gərginlik və stress yaradır. Şəxsi münasibətlərdəki gərilməni aradan qaldırın. Fəaliyyətin konstruktiv olması üçün səy göstərmək gərəkdir Təmkinli olun, gərəksiz sözlər deməyin. Yaşam arealını qaydaya salın. Günün ikinci yarısında səbrsizlik, qısqanclıq, hansısa məsələdə kiməsə öz mövqeyinizi sərt şəkildə izah etmək səylərindən uzaq olun. Münasibətlərinizi sərinlikdən qorumaq fikriniz varsa, sizi tərəfdaşla birləşdirən məqamları tapın, təcili tədbirlər görün. Axşam saatları görüş və ünsiyyətlə boldur. Tanışlarınız barədə yeni məlumatlar əldə edəcəksiniz. Suallar verin, durumu andamağa çalışın. Müzakirə etmək istədiyinizdən ağır problemlə qarşılaşmamaq üçün ciddi məsələləri gündəmə gətirməyin.
Qız - vəziyyətin stabilliyi qəflətən gözlənilməz şərtlərlə pozula bilər. Mühüm tədbirlər və ya hadisələr üçün əlverişli olmayan gündür. İradəli olun, adi ritmdə çalışın. Gərginliyin azalacağına güvənməyin. Günün ikinci yarısında planların bəzilərini reallaşdırmaq çətindir. Kompüter və ya avadanlıq sıradan çıxa bilər. Diqqətsiz davransanız, iş prosesinə nəzarəti itirsəniz, informasiya itkisi ilə qarşılaşacaqsınız. Unutmayın: daxili gərginlik nə qədər çox olarsa, problemlər bir o qədər ağırlaşır.
Tərəzi - bir qədər nəfəs dərin, ətrafınıza baxın. Yeni orientirlərin müəyyənləşdirilməsi zamanıdır. Təklif edilən imkanlardan yararlanın. Əsas diqqəti işə verin. Şəxsi həyat bir qədər gözləyər. Qarşınıza yeni məqsədlər qoyun, yeni mövzuları araşdırın. Günün ikinci yarısındakı hadisələr problemlərlə bağlı ola bilər. Lakin bütün bunların sayəsində diqqət mərkəzində olan məsələlərin dəyərini biləcəksiniz. Səhhətinizə fikir verin. Axşam saatlarında gərginlikdən qurtulmaq üçün gəzintiyə çıxın.
Əqrəb - gördüyünüz işdə diqqətli olun. Məhsuldar olmayan fəaliyyət növünə qüvvə sərf etdiyinizi anlasanız, təcili qərar qəbul edin. Mühüm olan sahədə uğur əldə etmək üçün ikinci dərəcəli məsələlərdən imtina edin. Təşəbbüslər, yeni işə başlamaq zamanı deyil. Tələskənlik etməyin, vurnuxmayın. Tələbat duyulmayan yerdə ifrat fəallıq nümayiş etdirməyin. Daxili narazılıq münasibətlərdə partlayış yarada bilər. Hadisələrin adi axarını pozmamaq üçün ehtiyatlı davranın, diqqətli olun. İllüziyalara qapılmyın, sərvaxt olun. Mühüm proseslər güclənir, mental dəstək alır. İdeyalar səviyyəsində olan məsələ az sonra nəticə verəcək. İntuisiyanız və seçim hissiniz sizi aldatmayacaq.
Oxatan - ümumi mühit gərgindir. Münaqişələr asanlıqla yaranacaq. Ətrafınızdakı insanlar reaksiyalarda xəsislik etmirlər. Hisslər və emosiyalar dağınıqdır. Başqalarını anlamaqla yanaşı, özünüzü dərk etməkdə çətinlik çəkirsiniz. Fəqət, problemlər nə qədər çox olarsa, liderlik məziyyətlərinizi bir o qədər tez və aşkar şəkildə nümayiş etdirə bilərsiniz.
Günün ikinci yarısında böyük həcmli işlər görmək imkanı var. Poçt qutularını yoxlayın. Sizi maraqlandıran təmaslarda aktiv olun. Axşam saatlarında bir neçə yerə baş çəkmək, cari işlərdəki zəif məqamları tərəfdaşlarla müzakirə etmək olar. Kollektiv fəaliyyət üçün əlverişli zamandır İdeyalarınızı ətrafınızdakı insanlarla bölüşün.
Oğlaq - ayın ən mühüm günüdür. Uzaq perspektivli planlarda yeni mərhələ başlanır. Qəfil şərtlər sizi situasiyaya yenidən baxmağa vadar edəcək. Zaman artıq məcburiyyət anlamı kəsb edir. Konkret məsələ ilə bağlı daha məntiqli mövqe sərgiləmək, mühüm qərar qəbul etmək vaxtıdır. Günün ikinci yarısında xırdalıqlara vaxt ayırmadan əsas işlə məşğul olun. Yaşam arealını qaydaya salın. Danışıqlar aparacağınız və ya xahişlə müraciət edəcəyiniz insanların emosional durumunu nəzərə alın. Romantik münasibətlərdə qəfil impuls, sürətli inkişaf ola bilər.
Dolça - hadisələrin axarını sürətləndirmədən işi tamamlayın. Prosesə kənar təsiri hiss edəndə əsəbləriniz tarıma çəkilməsin. Daxili yöndəyişmə yaşanacaq. Qarşılıqlı maraqlanızın olduğu insanlarla əlaqələri sürətləndirin.
Yaxın ətrafınızdakı insanların rəğbəti, populyarlınığınız istisna deyil. Günün ikinci yarısında imicdə dəyişikliklər etmək olar. Cəsur qərarlar qəbul edərək riskli addımlar atmaq olar. Münaqişələrə rəvac verməyin. Çətin deyilsə, güzəştə getməyi bacarın. Axşam saatları kollektiv müzakirə, dostlardan xəbər, yeni durumun ərəfəsi zamanıdır. Son həddə çatmayın. Kimsənin xətrinə dəyməyin, hissləri yaralamayın.
Balıqlar - yarımçıq işləri bitirin, yeni işlərə başlayın. Planları müzakirə edin, yeni anlaşmalara nail olun. Əvvəlcədən qarşınıza qoyduğunuz məqsədlərə doğru rəvan hərəkət çətin olacaq. Prioritetləri müəyyənləşdirin, inandığınız insanları səfərbər edin. Di gəl, hər kəs öz dalğasındadır və cari situasiya ilə bağlı olmayan məsələlərlə məşğul olmağa meylli deyillər. Anlaşmaların pozulması, emosiyaların məntiqi üstələməsi istisna deyil. Günün ikinci yarısında situasiya aydınlaşacaq. Həllər tapılacaq, fikir axarı bərpa olunacaq. Şəxsi münasibətlərdə emosiyaların tüğyan etməsinə imkan verməyin. Əks təqdirdə demək istəmədiyiniz sözləri deyə bilərsiniz. Situasiyanın daha da ağırlaşacağını unutmayın. İşin maraqları çərçivəsində hərəkət edin, eqoist olmayın. Vaxtınızı ümumi maraqlara qurban verin. Yardım istəyən insanlara kömək edin.
Mənbə: Milli.Az