Qadin.NET / Prezident İlham Əliyev Vilnüsdə Avropa İttifaqının III "Şərq tərəfdaşlığı" Sammitində iştirak edib

Prezident İlham Əliyev Vilnüsdə Avropa İttifaqının III "Şərq tərəfdaşlığı" Sammitində iştirak edib

 

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 29-da Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Estoniya Respublikasının Baş naziri Andrus Ansip ilə görüşü olmuşdur. Görüşdə Azərbaycan ilə Estoniya arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə edildi. Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafında Vilnüs Sammiti çərçivəsində imzalanan viza rejiminin sadələşdirilməsinə dair sənədin əhəmiyyəti vurğulandı və bundan Estoniya tərəfinin məmnun qaldığı qeyd olundu. Ölkələrimizin turizm, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrində əməkdaşlığının yaxşı perspektivlərinin olduğu bildirildi.

 

Mənbə: Milli.Az

29 noyabr 2013
GO BACK