Qadin.NET / Şərq Tərəfdaşlığı Sammitinin bəyannaməsi qəbul olundu

Şərq Tərəfdaşlığı Sammitinin bəyannaməsi qəbul olundu

 

Trend-in məlumatına görə, bu barədə Litvanın Avropa İttifaqı Şurasında sədrliyinin rəsmi saytı xəbər verir. Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin liderlərinin qəbul etdiyi bəyannamədə qeyd olunur ki, son iki il ərzində Şərq Tərəfdaşlığı proqramının müxtəlif sahələrində - viza rejiminin sadələşdirilməsi, nəqliyyat, enerji, təhsil və gənclər, ətraf mühit, vətəndaş cəmiyyətinin inkişafı sahələrində böyük irəliləyiş əldə olunub. Tərəfdaş ölkələrin əhalisi üçün vacib olan əməkdaşlıq əlaqələri bundan sonra da davam etdiriləcək. Birgə bəyannamədə Avropa ittifaqı və Şərq Tərəfdaşlığı ölkələri strateji baxımından mühüm sahələrdə sıx əməkdaşlıq əlaqələrini davam etdirmək qətiyyətini bəyan edib. Gələcək illər üçün qarşıya qoyulan məqsədlər demokratiyanın inkişafı, insan haqlarına hörmətin təmin olunması və hüquq sahəsində islahatların davam etdirilməsini əhatə edir. Əsas diqqət müvafiq ölkələrlə assosiasiya sazişinin həyata keçirilməsinə yönəldiləcək. Liberal viza rejiminin ciddi şəkildə inkişafı da proqramın gündəmində ön sıralarda qalacaq. Enerji təhlükəsizliyi qarşılıqlı olaraq gücləndiriləcək və qarşılıqlı enerji əlaqələri yenidən təşkil olunacaq ki, Şərq Tərəfdaşları tədricən Aİ-nin enerji bazarına inteqrasiya olunsunlar.

 

Mənbə: Milli.Az

29 noyabr 2013
GO BACK