Qadin.NET / 0-1 yaşlı uşaqlarda nitqin inkişafı və formalaşması

0-1 yaşlı uşaqlarda nitqin inkişafı və formalaşması

 

Nitqin inkişafı - Hər bir ananı hər an bu suallar maraqlandırır; Görəsən, uşağın inkişafı düzgündürmü? Nə vaxt danışacaq? Mütəxəssisə ehtiyac varmı? Birinci təbəssüm, birinci gülüş, birinci heca, birinci söz - hər bir ana bu vacib anları səbirsizliklə gözləyir. Hamiləliyin ilk dövlərindən bətndaxili ünsiyyət gələcək inkişafa müsbət təsir edir. Dünyaya gələn uşaqlar öz-özlüyündə fərdi olaraq inkişaf edir. Anadan olandan 1 yaşa qədər olan mərhələ - bu an körpəniz həyatının ilk mərhələsini yaşayır. Həyata gözünü açdığı andan ağlayır. Bir neçə həftədən sonra ətrafında olan insanlara diqqətlə baxır. Qucağa alınmaqdan xoşlanır. İki ayından başlayaraq qığıldama başlayır. Səslərə reaksiya verir. Dilini göstərir. Ətrafında olan oyuncaqları ağzına alır. Yerində fırlanır. Artıq 5 aylığından səslərə, gülümsəməyə reaksiya göstərir. 6 ayından ma - ma, ba - ba , nə - nə kimi hecalarla söz deməyə başlayır. Elə bu aydan iməkləməyə başlayır. Ətraf aləmə marağı artır. Səsli oyuncaqları əlinə almaqdan xoşlanır. Müxtəlif reaksiyalara cavab verir. Məsələn, gülümsəmə. 7 ayından sərbəst oturur, oyuncaqlarla oynayır. Ətrafında olan insanlarla oynamağa maraq göstərir. 8 ayından tanış olmayan üzə reaksiya göstərir. Daha çox səslər, hecalar təkrar edir. 9 ayında aktiv hərəkətlər edir, jest və mimikanı anlayır. Əllərinə diqqətlə baxır, hərəkət etdirir. 10 ayında konkret olaraq 1-2 sözü aydın deməyə başlayır. Məsələn; mama, bəbə, nənə. 11 ayında sözlər başa düşüləcək səviyyədə artır. Gəl, apar, ver və s. sözləri anlayır, eşitdiyi sözləri təkrar edir. Bu an mütləqdir ki, səlist və düzgün nitq olsun. Danışarkən çalışdığınız qədər uşağın ağzına və gözlərinə diqqət yetirin. Çünki belə ünsiyyət daha tez danışmağa kömək edir. Nitqin inkişafına təsir edən amillərdən biri də masajdır. Qan dövranının tənzimlənməsinə imkan yaradır, əzələlərin elastikliyini yaxşılaşdırır və uşaqlara müsbət təsir göstərir. Məsləhət: Yuxarıda qeyd etdiyimiz kimi, hər bir uşaq dünyaya gəldiyi andan fərdi olaraq inkişaf edir. Əgər Siz də bu 1 yaşa qədər olan mərhələdə körpənizdə müəyyən dəyişiklik hiss etsəniz, mütəxəssisə müraciət edin.

Mənbə: Milli.Az

29 noyabr 2013
GO BACK