"The Freedom Ship"də yaşam və istirahət üçün hər şey var. Bu layihəni "Qiyamət gəmisi" də adlandırırlar. Milli.Az ABC-yə istinadən bildirir ki, layihə ABŞ-ın Florida ştatındakı "Engineering Solutions" bürosunun rəhbəri Norman Niksona məxsusdur.Dünyanın ən böyük gəmisi ilə bağlı işlər artıq başlanıb. Gəminin polad konstruksiyaları əvvəl Yaponiyadakı tərsanələrdən birində hazırlanırdısa, indi işlər Səudiyyə Ərəbistanında və Hondurasda aparılır.Niksonun sözlərinə görə, əvvəllər, sadəcə, üzən istirahət mərkəzi layihələndirmək istəsə də, "The Freedom Ship" layihəsi sonradan meqa üzən şəhər layihəsinə dönüb.Şirkətin hesablamalarına görə, inşaat 40 ay, daxili məkanların tam hazırlanması 12 ay çəkəcək. Bu minvalla, üzən şəhər 52 aya tam hazır olacaq.İnşaat işlərində 15 mindən artıq fəhlə müxtəlif növbələrdə çalışır
"The Freedom Ship"in uzunu 1,6 kilometr, eni təqribən 300 metr olacaq. 25 mərtəbəli, 25 göyərtədən ibarət gəminin çəkisi 3 milyon ton olacaq.Gəmidə ən azı 100 min insan olacaq ki, onların 20 min nəfəri xidməti və texniki heyət, habelə gəmidə qayda-qanunun qorunmasını təmin edəcək kiçik ordudur.Gəmidəki sakinlərin 80 faizinin öz mənzilləri olacaq, 20 faizi isə otellərdə yaşayacaq."The Freedom Ship" adi şəhərlər kimi olacaq, sadəcə "üzəcək".Gəmi hələ hazır olmasa da, reklam kampaniyası davam edir. "The Freedom Ship"in marşrutu artıq bəllidir və oradakı mənzillər də satılır."Freedom Ship"də ən sadə mənzil 800 min dollardan satılır.Gəminin inşasına ən azı 9 milyard dolların xərclənməsi nəzərdə tutulsa da, investorlar narahat deyillər. Çünki gəmidəki mənzillərdən 20 mini artıq satılıb.Ekspertlər hesab edirlər ki, gəmi üzməyə başlayandan sonra mənzillərin qiymətləri dəfələrlə artacaq."Freedom Ship"də dükanlar, kitabxanalar, kinoteatrlar, universitetlər, xəstəxanalar, zavodlar, emalatxanalar, parklar, bağlar, qatar və metro, hava limanı, travmay, katerlər, sualtı qayqlar da olacaq.Gəminin ildə ən azı 2 kruiz edəcəyi vurğulanır.
Mənbə: Milli.Az