Ötən gecə astronomların ümidləri puç olub. Onlar İSON adlı nəhəng meteoritin işıq şousunu görə bilməyiblər. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu səma cismi Günəşə yaxınlaşan zaman astronomların güman etdiyindən daha tez yanaraq kül olub. Son sutka ərzində dünyanın hər yerindən astrofiziklər əsrin işıq şousu baş verəcəyini gözləyirdilər. Onlar güman edirdilər ki, saatda 130 min km sürətlə hərəkət edən İSON meteoriti Günəşin yaxınlığından keçərkən işıqdan quyruq buraxaraq kosmosda iki həftəlik iz qoyacaq. Ancaq Günəş tərəfindən belə "isti qarşılanmanı" güman edənlər də var idi. Mütəxəssislər hesab edirdilər ki, kometa günəşin cazibə qüvvəsinin təsirinə və 3 min dərəcə temperatura tab gətirməyəcək və meteorit Günəşə düşəcək. İkincilərin proqnozu düz çıxdı.
Mənbə: Milli.Az