Qadin.NET / Azərbaycanda vətəndaşlar ev telefon nömrələrini istədiyi ünvana apara biləcəklər

Azərbaycanda vətəndaşlar ev telefon nömrələrini istədiyi ünvana apara biləcəklər

 

"Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi (İB) öz şəbəkəsinə stasionar abonent nömrələrinin daşınması xidmətini tətbiq edib". Bu barədə Trend-ə İB-nin baş direktorunun müavini Xankişi Kişiyev deyib.Onun sözlərinə görə, xidmət operatorun telekommunikasiya qovşaqları hüdudunda (Bakı şəhəri və paytaxtın qəsəbələri) göstərilir: "Vətəndaşlar yeni yaşayış yerinə köçərkən telefon nömrəsini saxlaya bilərlər".X.Kişiyev hesab edir ki, xidmətin əsas istifadəçiləri arasında şirkətlər və dövlət müəssisələri ola bilər:"Gələcəkdə xidmətin respublika ərazisi üzrə genişləndirilməsi istisna edilmir. Bu, "Bakı Telefon Rabitəsi" və "Aztelekom"un birgə səyləri sayəsində mümkün olacaq".Xidmətin tətbiqi fiksasiya edilmiş rabitə abonentlərinə operatorun dəyişdirilməsi halında öz telefon nömrəsini saxlamağa imkan verəcək. Nömrənin daşınması abonent nömrəsinin bir operatorun şəbəkəsindən digərinin şəbəkəsinə tam miqrasiyasını nəzərdə tutur.

Mənbə: Milli.Az

29 noyabr 2013
GO BACK