Bu günlərdə saqqız istehsalçısı olan firmalardan biri cəmiyyətdə saqqıza qarşı formalaşmış stereotipləri qırmaq üçün maraqlı bir təcrübə keçirib. Milli.Az Bilim.org-a istinadən bildirir ki, Argentinada keçirilən sınaq maraqlı nəticələr ortaya qoyub. Muzeylərdən birində təşkil olunan təcrübədə bir-birlərinə çox bənzəyən əkizlərdən istifadə olunub. Sınaq müddətində tamamilə eyni geyinən, eyni oturan əkizlərdən biri saqqız çeynəyib. Muzeyin qonaqlarına "Bu əkizlərdən hansının daha çox dostu var?", "Hansı daha çox partiyə dəvət olunub?", "Hansı pis polisdir?" və s. kimi suallar verilib. Təcrübəyə qatılan 481 ziyarətçinin 73%-i saqqız çeynəyən əkizi favort hesab edib.
Mənbə: Milli.Az