140 milyona yaxın amerikalı qarşıdan gələn istirahət günlərini milad hədiyyələri almağa həsr edəcəklər. Anspress xəbər verir ki, onların çoxu bu gün – “qara cümə” günü mağazalara hücum edəcəklər.“Qara cümə” milad ucuzlaşmalarının ilk günüdür. Noyabrın sonuncu cüməsi günü başlayan milad ucuzlaşmalarının tarixi XIX əsrdən başlayır. Milli Riteylerlər Federasiyasının (NRF) hesablamasına görə, 2013-cü ildə 140 milyon adam “qara cümə”də alver edəcək. Bu keçənilkinə baxanda 7 milyon azdır.Onların 23,5%-i (33 milyon adam) “qara cümə”ni gözləmədən artıq cümə axşamı bazarlıq edəcək. Çünki bəzi mağazalar artıq ucuzlaşmanı cümə axşamı başlayırlar
Mənbə: Milli.Az