Qadin.NET / Rusiyanın ilk elektrikli sualtı qayığı suya salındı

Rusiyanın ilk elektrikli sualtı qayığı suya salındı

 

Rusiya Müdafiə Nazirliyinin təlimatı ilə hazırlanan "Novorossiysk" ilk dizel elektrik sualtı qayığı Sankt Peterburqda dənizə salınıb.Anspress-in verdiyi məlumata görə, 2016-ci ilə qədər Qara dəniz donanmasına daha 5 ədəd dizel elektrikli sualtı qayığının təhvil verilməsi gözlənilir. Rusiya Hərbi Dəniz Qüvvələri Komandanı Viktor Çirkov mətbuata açıqlamasında bildirib ki, "Novorossiysk" gəmisinin suya salınması Müdafiə Nazirliyinin və Hərbi Dəniz Qüvvələrinin ağır zəhməti sayəsində baş tutub: "Ümid edirəm ki, sualtı qayıq Qara dəniz donanmasında öhdəsinə düşən vəzifəni ən yaxşı şəkildə yerinə yetirə biləcək".Hərbi Dəniz Qüvvələri Komandanlığından yayılan məlumatda isə bildirilir ki, "Novorossiysk" layihəsi, Müdafiə Nazirliyinin Qara dəniz donanmasının hərbi gücünü artırmaq və dizel elektrik sualtı qayıqlarının inkişaf etdirilməsi istiqamətində uzun müddətdir planlaşdırdığı bir layihədir.

Mənbə: Milli.Az

29 noyabr 2013
GO BACK