Qoç - birəmanalı olmayan gündür. Qətiyyətli olsanız, bədxahların dilətutmalarına və vədlərinə inanmasanız, uğur əldə edəcəksiniz. Sizdən güzəşt gözləyən insanlar ümumi işin maraqlarını yox, yalnız öz merkantil istəklərini, mənafelərini düşünürlər. Onlarla təmaslarda gərəksiz yumşaqlıq etməyin. Sərt olsanız, sonradan təəssüf hissi keçirməyəcəksiniz. Günün ikinci yarısında maliyyə məsələlərinin həllində ehtiyatlı olun. Adi günlərdən fərqli olaraq bu gün bədxərcliyə meyllisiniz. Qeyri-formal şəraitdə ünsiyyət, dostlarla görüş və ya romantik təmaslar üçün münasib zamandır. Təbii olun, demək istədiklərinizi söyləyin.
Buğa - kiçik probelmlərin çözülməsi, cari məsələləri həlli üçün uğurlu gündür. Ciddi və ağır işlərə başlamayın. Səhv etmədən onları başa vurmaq asan deyil. Təmaslarda diqqətli, sərrast olun. Yeni tanışlıq, nüfuzlu insanın dəstəyi və ya yardımı istisna deyil. İşdə rəhbərliklə problemləri müzakirə etmək, yeni layihəni nəzərdən keçirmək olar. Günün ikinci yarısı bilik, informasiya bazasını genişləndirmək, yeni təcrübə əldə etmək üçün əlverişlidir. Alınmış məlumatların mübadiləsində xeyir var. Mühüm qərarlar qəbul etməyə tələsməyin. Şəxsi münasibətlərdə diqqətli və həssas olun. İndi emosiyaların təsiri altında yanlış addım ata bilərsiniz.
Əkizlər - xasiyyətinizin ən pis yönləri aşkarlana bilər. Qərar qəbul etməzdən və ya hansısa addımı atmazdan əvvəl yaxşı fikirləşin ki, sonradan peşmançılıq hissi keçirməyəsiniz. Hərdəmxəyal olmayın. Əvvəlki günlərdə həddən ziyadə ciddi yanaşdığınız məsələlərlə işləri bu gün qulaqardına vurmayın. Bədxahlarla rəqiblər bu gün ifrat dərəcədə aktivləşiblər. Onlara sinə gərməyi bacarın. Günün ikinci yarısında işgüzar əlaqələrdə və şəxsi münasibətlərdə həssas, ehtiyatlı olun. İlkin təəssürata aldanaraq səhv etməyin. Layiq olmayan insanlara inanmayın. Maliyyə itkiləri, uğursuz alış-veriş istisna deyil.
Xərçəng - fanatizmə qapılmayın, illüziyaların əsiri olmayın. Şəraiti real dəyərləndirin. Gərəkli informasiyanı gec alacaq, bir sıra kobud səhvlərə yol verəcəksiniz. Səfər və ya səyahətdə çətinliklər yaşanacaq. Nəqliyyatla bağlı problemlər yarana bilər. Günün ikinci yarısında anlaşma və müqavilələrdə tələskənlik etməyin. Maliyyə məsələlərində uğura, ciddi gəlirə bel bağlamayın. Planlaşdırılmış qərar və ya addımlar uğurlu olacaq. Spontan qərarlar verməyin. Hüquqi problemlər yarana bilər.
Şir - təşəbbüskar və aktiv olun. Günün bütün işlərinə başlayın. Hətta ən çətin problemlərdən çəkinməyin. Əvvəlcədən hazırladığınız plan çərçivəsində hərəkət etsəniz, çox qısa vaxtda məqsədə çata bilərsiniz. Peşəkar nailiyyətləriniz pis deyil və onlar diqqətdən kənarda qalmayacaq. İşdə irəliləyişə, gəlirə bel bağlaya bilərsiniz. Rəqib və bədxahlar sizə paxıllıq etsələr də, mane olmağa çalışmayacaqlar. Günün ikinci yarısında dəf edə bilməyəcəyiniz maneələr yoxdur. Çevik və sayıq olun. Şəxsi münasibətlərdə hiperaktivlik olacaq.
Qız - enerjili, aktiv olun. Cəsarətlə risk edin, rəqibləri üstələyin. Narahatlıq və təlaşlar olacaq. Lakin ən ağır vəziyyətdə təşvişə düşməyin, bədbinləşməyin. Nikbin olun. Yanınızdakı insanların da pessimizmə qapılmasına imkan verməyin. Günün ikinci yarısında sərfəli anlaşma və ya sifariş ola bilər. Alış-veriş üçün əlverişli zamandır. Qarderobunuzu yeniləyə bilərsiniz.
Tərəzi - işgüzar təmaslar və ünsiyyətlər üçün əlverişli zamandır. Yaxın ətrafınızdakı insanların etimadını və inamını qazanın ki, işgüzar və maliyyə məsələlərinin həllindən yararlana biləsiniz. Bilik və bacarıqlarınızı nümayiş etdirin. Günün ikinci yarısında vacib sənədlər imzalamaq, sərfəli anlaşmaya və ya sövdələşməyə nail olmaq mümkündür. Şəxsi münasibətlərdə ciddi problemlər yaranmayacaq. Kiçik anlaşılmazlıqlar və ixtilafların öhdəsindən sürətlə gələcəksiniz. Yaşam təcrübənizdən bəhrələnə bilərsiniz. Lakin müdrik olun, yaşlıların, daha təcrübəlilərin məsləhətlərinə qulaq asın. Belə olarsa, kobud səhvlərə yol verməyəcəksiniz.
Əqrəb - maraqlarınızı qorumaq asan deyil. Mühüm olan, önəmli saydığınız məsələlərdə güzəştə getməyin. Peşəkar fəaliyyət müstəvisində əhəmiyyətli uğurlara nail ola bilərsiniz. Təriflər az deyil. Lakin onları deyənlərin bəziləri sizə yaltaqlanır, durumunuzdan yararlanmağa çalışır. Günün ikinci yarısı işgüzar və şəxsi səciyyəli tanışlıqlar üçün münasibdir. Maraqlarınızı bölüşəcək insanlar tapa biləcəksiniz. Axşam saatlarında gəzintiyə çıxmaq, əyləncəyə qatılmaq olar.
Oxatan - prinsip etibarilə pis gün deyil. Lakin qərarlarda və nəticələrdə tələskənlik, düşünülməmiş davranış problemlər yarada bilər. İdeyalarınızı dilə gətirməyə tələsməyin. Planlarınızı yalnız tam inandığınız insanlarla müzakirə edin.
Lider məziyyətlərinizi tam nümayiş etdirin. Bilin ki, belədə paxılıq obyektinə çevriləcəksiniz. Maskalanmış bədxahlarınız işlərinizə maneələr yaratmaq imkanlarından vaz keçməyəcəklər. Günün ikinci yarısı maliyyə məsələləri baxımından sərfəlidir. Gəlir əldə etmək, sərfəli anlaşmalara nail olmaq mümkündür. Sevdiyiniz insanla münasibətlərdə axşam saatlarında problemlər yarana bilər. O şəxsin sizə qarşı real iradları var.
Oğlaq - parlaq, maraqlı, olaylarla zəngin gündür. Əvvəlki günlərlə müqayisədə daha emosional gündür. Baş verənləri ürəyinizə salmayın. Xoşagəlməz hadisələrlə müqayisədə xoş hadisələr daha çoxdur. Əhvalınız yaxşı olacaq. Eksperiment üçün pis zaman deyil. İşdə ilk baxışdan riskli təsir bağışlayan yeni layihəyə və ya sifarişin icrasına başlamaq olar. Günün ikinci yarısı anlaşma, sövdələşmə, danışıqlar üçün münasib gündür. Alış-verişdə məntiqli, soyuqqanlı olun. Dəvət olunduğunuz toplantıya mütləq qatılın.
Dolça - mühüm məsələnin həll yollarını düşünmək və ya çoxdan yaranmış problemi çözmək üçün əlverişli zamandır. Yeni, maraqlı ideyalar yaranır. Həmin ideyalardan birinin sayəsində gəlir əldə edə bilərsiniz. Yeni məlumatlar, biliklər əldə edin.
İşdə irəliləmək olar. Günün ikinci yarısı görüşlər üçün münasibdir. İşgüzar fəaliyyət baxımından faydalı əlaqələr olacaq.
Şəxsi həyatı ön plana çəkməyin. Bu sahədə hər şey stabildir. Narahatlıq və təlaş üçün heç bir səbəb yoxdur.
Balıqlar - peşəkar fəaliyyət baxımından əlverişli gündür. İşlərdə əhəmiyyətli irəliləyişlər ola bilər. Uğurlarınız yaxın ətrafınızdakı insanları laqeyid qoymayacaq. Bəziləri yolunuzu davam etdirir, bəziləri isə mükafat və ya gəlir arzusu ilə sizə yardım etmək istəyir. Təsir imkanlarınız artır. Hətta nüfuzlu şəxslər də sizi dinləməyə hazırdır. Yaradıcılıq fəaliyyəti üçün əlverişli zamandır. Bilik və bacarıqlarınızı tətbiq etmək üçün münabit şərait tapın. Günün ikinci yarısı ailədəki problemin müzakirəsi və həlli üçün yaxşıdır. Qohumlardan biri ilə birgə layihəyə başlamaq olar. Yeni tanışlıqlar olacaq. Təmaslarda diqqətli davranın, yalnız diqqətə layiq insanlarla sıx ünsiyyətdə olun.
Mənbə: Milli.Az