Qadin.NET / Google-un görə bilmədiyi 10 yer

Google-un görə bilmədiyi 10 yer

“Google” şirkətinə məxsus “Google earth” xəritəsi dünyanın 10 yerinin görüntülərini yayımlaya bilmir. Senzuraya düşən yerlərin siyahısına ABŞ, Rusiya, Şimali Koreya və Yaponiya kimi ölkələrə məxsus hərbi hissələr daxildir. 
Milli.Az "Zaman Azərbaycan"a istinadən həmin yerləri təqdim edir:
1.Yaponiyanın əsas quru hissəsindən 2 min kilometr məsafədə üçbucaq şəklində ada var. Yaponiyaya məxsus bu 1,5 kvadratkilometrlik adada bir hava limanı fəaliyyət göstərir. Ölkənin Müdafiə Nazirliyi adanın “Quql yer” xəritəsində görünməsinin qarşısını alıb.
2. ABŞ Silahlı Qüvvələrinin və Alyaska Universitetinin birgə layihəsi olan HAARP (Yüksəktezlikli Aktiv Avroral Tədqiqatlar Proqramı) proqramı çərçivəsində ionosferin xüsusiyyətlərini araşdırmaq üçün həyata keçirilən tədqiqatlar Alyaskada aparılır. Tədqiqatın aparıldığı məkan “Quql yer” xəritəsi tərəfindən görünməyən yerlərdən biridir. Qeyd edək ki, layihənin dayandırılması üçün bir sıra ölkələrdə kampaniyalar aparılıb. İddialara görə, HAARP layihəsi iqlimə nəzarət və süni zəlzələ silahıdır.
3. Hollandiyanın paytaxtı Amsterdamda yerləşən Kral sarayı da senzuraya düşən yerlərdən biridir. “Paleis op de Dam” adlanan saray rəsmi dövlət tədbirləri və mühüm qonaqların qəbulu üçün istifadə olunur.
4. “Quql”un girə bilmədiyi yerlərdən biri də Şimal Buzlu okean sahillərində yerləşən “Oleneqorsk” hərbi hissəsidir. Ehtimallara görə, Murmansk şəhərində yerləşən bu hərbi hissədə Rusiya uzaqmənzilli raket qurğularını yerləşdirib.
5. ABŞ-ın Yuta ştatında yerləşən “Maykl” hərbi hissəsi də senzuraya düşən məkanlardan biridir. Bu hərbi hissədə pilotsuz təyyarələr təkmilləşdirilir və sınaqdan keçirilir.
6. Natonun Almaniyanın Şimali Reyn Vestfaliya əyalətindəki hərbi hissə də “görünməz” yerlərdən biridir.
7. “Quql” Hollandiyanın Nordvik qəsəbəsinin bir küçəsinə də girə bilmir. Bu küçədə Hollandiya kral ailəsinin üzvlərinə məxsus malikanələr yerləşir.
8. Sözügedən yerlərdən biri də Fransanın Reyms bölgəsində yerləşən NATO-ya məxsus hərbi hissədir.
9. Şimali Koreyanın Samjiyon hərbi hava limanı da bu siyahıya daxildir.
 10. Kolorado ştatında yerləşən “Çeyen dağı” (”Cheyenne Mountain”) əməliyyat mərkəzi də “Quql yer” xəritəsində görünmür. Qeyd edək ki, bu mərkəz uzun müddət hərbi hissə kimi fəaliyyət göstərib.
Mənbə: Milli.Az
28 noyabr 2013
GO BACK