ABŞ-da 373 il əvvəl çap edilmiş bir dua kitabçası 14,2 milyon dollara satılıb.Milli.Az ABC-yə istinadən bildirir ki, Nyu-Yorkun Manhetten səmtində keçirilmiş "Sotheby" hərracında 1640-cı ildə çap edilmiş "Bay Psalm Book" kitabçasını amerikalı maliyyəçi və xeyriyyəçi Devid Rubenşteyn alıb. Birləşmiş Ştatlara gətirilmiş ilk mətbəədə çap edilmiş 1700 nüsxəli bu kitabdan hazırda cəmi 11 ədəd qalıb. Hərracda satılmış "Bay Psalm Book" onların arasında ən yaxşı durumda olanıdır. Rubinşteynin dediyinə görə, kitabçanı muzeylərdə sərgiləyəcək. Bu kitabça Massaçusets Körfəzi Koloniyasının puritan liderləri tərəfindən Kembricdə çap edilmişdi. Dünyanın ən bahalı kitabı isə 1994-cü ildə 30,8 milyon dollara satılıb. O kitab Leonardo da Vinçinin "Codex Leicester" adlı əlyazamalarıdır. Həmin kitabı Microsoft korporasiyasının banisi və sahibi Bill Geyts almışdı.
Mənbə: Milli.Az