Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında (www.sspf.gov.az) keçirilən növbəti interaktiv sorğu başa çatıb. Bu dəfəki sorğu zamanı respondentlərə "Rüblük (illik) hesabatları və sığortaolunalar barədə məlumatları elektron formada təqdim edirsinizmi" sualı ünvanlanıb.Trend-in məlumatına görə, sorğunun nəticələrinə əsasən, respondentlərin böyük əksəriyyəti, 54,1 faizi hesabatları elektron formada təqdim etdiyini bildirib. 15,8 faiz isə köhnə qayadaya üstünlük verdiyini nəzərə çatdırıb. Sorğuya qatılanların 30,1 faizi bu sahədə qismən məlimatlı olduğunu qeyd edib.Bu ilin ötən dövründə DSMF-nin "Elektron hökumət" portalına (www.e-gov.az) inteqrasiya olunan elektron xidmətlərindən, o cümlədən Fondun saytı (www.dsmf.gov.az) vasitəsilə göstərilən elektron xidmətlərindən ümumilikdə 150 mindən çox istifadəçi yararlanıb.Cari ilin ikinci yarısından etibarən isə beynəlxalq praktikada ilk dəfə olaraq Azərbaycanda vahid mərkəzdən avtomatlaşdırılmış pensiya təyinatı tətbiq olunmaqdadır. Bu elektron xidmət pensiyaya yeni çıxan vətəndaşların ən çox müraciət etdiyi xidmətlərdən biridir.Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində DSMF-nin əhaliyə təqdim etdiyi elektron xidmətlərin sayı 21-ə çatdırlıb. İlin sonuna kimi bir sıra yeni xidmətlərin "Elektron hökumət" portalına inteqrasiya olunması nəzərdə tutulur.
Mənbə: Milli.AZ