Qadin.NET / BMT-dən Ermənistana yardım

BMT-dən Ermənistana yardım

 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəvəzçiliyin inkişafı məqsədilə Ermənistana 459 min dollar ayıracaq. Lent. az-ın məlumatına görə, bu barədə ölkənin kənd təsərrüfatı naziri Serqo Karapetyan açıqlama verib. O bildirib ki, müvafiq proqram təsdiqlənməsi üçün hökumətə təqdim olunub. Hazırda Ermənistanda tərəvəz toxumu bazarının yalnız 5 faizini Dövlət Tərəvəz və Texniki Mədəniyyət Elmi Mərkəzi təmin edir. Toxumun 70 faizinə isə heç cür nəzarət olunmur. Proqramın mərkəzi toxum genefondunun keyfiyyətini artırmaq və fermerlər arasında tərəvəzçilik bacarıqlarını öyrətməkdir. Qeyd edək ki, Ermənistanda tərəvəzçilik ümumi daxili məhsulun 23 faizini və kənd təsərrüfatında ümumi gəlirin (200 milyon dollar) 20 faizini təşkil edir, habelə, ölkə əhalisinin 43 faizindən çoxu üçün iş yerləri yaradır.

 

Mənbə: Lent.Az

28 noyabr 2013
GO BACK