Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, noyabrın 29-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, axşam və gecə saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 7-10, gündüz 11-16 dərəcə isti olacağı proqnozlaşdırılır. Noyabrın 29-da Azərbaycanın rayonlarında hava arabir yağıntılı olacaq. Dağlıq ərazilərdə yağıntının sulu qara və qara keçəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturunun Aran rayonlarında gecə 5-10, gündüz 13-18, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.Qeyd edək ki, dünən axşamdan başlayaraq, ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə edilir. Belə hava şəraitinin dekabrın 1-dək davam edəcəyi proqnozlaşdırılıb.
Mənbə: Milli.Az