Qadin.NET / Tələbələrdən Yanukoviçə 250 metrlik məktub

Tələbələrdən Yanukoviçə 250 metrlik məktub

 

Tələbələr bu gün axşam Ukrayna prezidenti Viktor Yanukoviçin administrasiyasına 250 metrlik məktub təqdim ediblər. Anspress “UNİAN”a istinadən bildirir ki, məktubda prezidentdən Avropa Birliyi ilə “Şərq tərəfdaşlığı” sazişinə qol çəkmək tələb edilir.Tələbələr məktubu binadan xeyli aralı yerləşən Bank küçəsində təqdim ediblər. Çünki bina bir neçə avtobus və milis dəstələri ilə əhatələnib. 300 tələbə "Ukrayna Avropadır!", "Qol çək!" və s. kimi şüarlar səsləndiriblər. Adminstrasiyanı təmsil edən məmur çıxaraq onlardan məktubu alıb. 

 

Tələbələrdən Yanukoviçə 250 metrlik məktub

 

Mənbə: Milli.AZ

28 noyabr 2013
GO BACK