Qadin.NET / Rusiya gəmisi Xəzərin Azərbaycan sahillərində xarab oldu

Rusiya gəmisi Xəzərin Azərbaycan sahillərində xarab oldu

 

Rusiya gəmisi Xəzər dənizinin Azərbaycan sahillərində xarab olub.Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, bu gün səhər saatlarında nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xəzər dənizində Çilov adası yaxınlığında Rusiya Federasiyasına məxsus quru yük gəmisinin mühərrikində texniki nasazlıq baş verib.Hadisə ilə bağlı FHN-in Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin "Qoryaçi" qəza-xilasetmə gəmisi hadisə yerinə cəlb olunub.

 

Mənbə: Milli.AZ
28 noyabr 2013
GO BACK