Gələn ildən Əmlak Məsələləri üzrə Dövlət Komitəsi daşınmaz əmlaklarının alqı-satqısını elektron formada, yəni onlayn qaydada apara biləcəklər. Bu istiqamətdə atılan addımlardan biri isə hamının "Forma-1" kimi tanıdığı sənədin də onlayn qaydada əldə edilməsidir. Bu isə vətəndaşı əvvəllər "Forma-1" almaq üçün yaradılan bürokratik əngəllərdən başqa, həm də qeyri-rəsmi ödənişlərdən də azad etmiş olacaq.Anspress yazır ki, ƏMDK-nin sədr müavini Rafiq Cəlilovun sözlərinə görə, daşınmaz əmlakı satan və alan şəxslər lazım olan sənədləri götürüb notariusa gələcəklər. Buradan notarius çıxarış haqqında lazımi məlumatları onlayn bazadan götürəcəklər.Buna qədər isə vətəndaş "Forma 1" alandan sonra notariusa gəlir və alqı-satqını həyata keçirirdi. Hazırda vətəndaşlar "Forma 1"-in alınmasına 5,10, 20 gün müddətinə olmaqla, 10-50 manat arasında rüsum ödəyirlər."Forma 1"in ləğvi 2014-cü ilin yanvar ayından tətbiq ediləcək.
Mənbə: Milli.AZ