Qadin.NET / Hava haqqında - 28.11.2013

Hava haqqında - 28.11.2013

 

Milli.Az AzərTAc-a istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, gün ərzində isə arabir yağış yağacağı gözlənilir. Temperatur gecə 7-9°, gündüz 10-14° isti, Bakıda gecə 7-9°, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90 faiz təşkil edəcək.
 Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimal olunur. Temperatur gecə 0-5° isti, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 9-14° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, sulu qara, qara keçəcəyi gözlənilir.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağış yağacaq. Temperaturun gecə 3-8°, gündüz 9-13° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Temperaturun gecə 2-7°, gündüz 7-12°, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək.
Temperaturun gecə 3-8°, gündüz 9-14° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, dağlıq rayonlarda sulu qara keçəcəyi gözlənilir. Temperatur gecə 6-9°, gündüz 9-14° isti, dağlarda gecə 0-5°, gündüz 5-10° isti olacaq.
Mənbə: Milli.Az

28 noyabr 2013
GO BACK