Qadin.NET / 4G ildırım sürətilə artır

4G ildırım sürətilə artır

 

2017-ci ilədək 4G şəbəkələri istifadəçilərinin sayı 1 milyarda çatacaq. Bu haqda GSMA Mobil Operatorlar Assosiasiyasının yeni araşdırmasına istinadən The Financial Times yazıb. Qəzet yazır ki, əksər ölkələrdə dördüncü nəsil şəbəkələrinə keçid daha sürətli baş verəcək. Milli.Az ICTnews-a istinadən bildirir ki, nəşr bunu mobil rabitə sahəsində görünməmiş tərəqqi adlandırıb. 2013-cü ilin sonunadək 4G istifadəçilərinin sayı 176 milyon olacaq. Bundan başqa, proqnoza əsasən, 2017-ci ilədək 128 ölkədə təqribən 500 LTE şəbəkəsi fəaliyyət göstərəcək. Bu, cari göstərici ilə müqayisədə təxminən iki dəfə çoxdur.

 

 Mənbə: Milli.Az
27 noyabr 2013
GO BACK