Qadin.NET / Google Chrome-da səslə axtarmaq mümkün olacaq

Google Chrome-da səslə axtarmaq mümkün olacaq

 

Kompüter və noutbuklar üçün Google Chrome brauzerində səs axtarış sistemi istifadəyə verilib. Google Voice Search Hotword genişlənməsinin beta-versiyasını şirkətin rəsmi internet mağazasından yükləmək olar. Milli.Az ICTnews-a istinadən bildirir ki, genişlənməni quraşdırdıqdan sonra istifadəçilərə Google.com səhifəsini açmaq və "OK, Google" demək təklif edilir. Bundan sonra axtarılan söz və ya ifadəni söyləmək lazımdır. Bundan başqa, yeni xidmətin köməyi ilə xatırlatma, həmçinin on dəqiqəlik taymer quraşdırmaq olar.

 

Mənbə: Milli.Az
27 noyabr 2013
GO BACK