Qadin.NET / İdmançılarımız dünya çempionatında 18 medal qazandılar!

İdmançılarımız dünya çempionatında 18 medal qazandılar!

 

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, noyabrın 27-də vətənə qayıdan idmançıları  yaxınları və idman ictimaiyyətinin nümayəndələri qarşılayıblar.  WKC növləri üzrə Azərbaycan Karate-Do Federasiyasının prezidentiNurəddin Quliyev nəticələrdən razı qalıb. Döyüşçülər nəticənin heç də asan əldə olunmadığını və yarışın çox ciddi təşkil edildiyini deyir. Komandanın tərkibində İtaliyaya yollanan xanımlarımız da əliboş dönməyiblər - 2 qızıl medal. Qeyd edək ki, Azərbaycan yarışda 19 karateçi və 1 hakim ilə təmsil olunub. İtaliya keçirilmiş dünya çempionatının baş mükafatını qazananlardan ikisi Nizami yurdunun idmançısıdır. Şahin Balayevlə Elnur Məmmədov Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialından məşqçi Tanrıverdi Məmmədovun yetirmələridir. Bu gün doğma şəhərə dönən karateçiləri ulu şeyx Nizami Gəncəvinin məqbəsi önündə elə adı çəkilən idman ocağının rəhbərliyi, məşqçilər və bir qrup idmansevər qarşılayıb. Filialın direktoru Xəyal Hacıyev əldə olunan qələbəni yüksək qiymətləndirərək, beynəxalq arenada imza atılan uğurun əhəmiyyətindən danışıb. Məşqçi Tanrıverdi Məmmədov isə sevincinin həddi-hüdudunun olmadığını bildirib. Qarşılanma mərasiminin davamında dahi şairin məqbərəsi ziyarət olunub. Tanrıverdi Məmmədov – idmançıların məşqçisi: "Biz bu yarışa yaxşı hazırlaşmışdıq. İki-üç ay öncədən məşqlərə başlamışdıq. Məqsədimiz o idi ki, uşaqlar nəticə versinlər. Əldə olunan uğurlardan razıyam".

 

Mənbə: Milli.Az

27 noyabr 2013
GO BACK