Qadin.NET / Uşaq telefonu təklifi hələ öyrənilir

Uşaq telefonu təklifi hələ öyrənilir

 

“Bu məsələ hələ nazirlikdə ciddi araşdırılacaq. Əgər təqdirə layiq hesab olunarsa, təkliflər qəbul olunacaq və bununla bağlı ictimaiyyətə geniş məlumat veriləcək”. Bunu Modern.az-a açıqlamasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bildirib. Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların telefonla təhlükəsiz internetdən istifadə etməsi üçün ölkəyə gətirilən mobil cihazlar qeydiyyatdan keçirilən zaman onlara xüsusi proqramların yazılmasını təklif edib. Komitənin RİTN-nə təqdim edilmiş təklifdə qeyd edilib ki, bu tədbir uşaqların telefonlarda internetdən təhlükəsiz istifadəsini təmin edəcək.

Mənbə: Milli.Az

 

27 noyabr 2013
GO BACK