Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 28-də Bakıda və Abşeron yarımadasında səhər bəzi yerlərdə duman, çiskin müşahidə ediləcək. Gün ərzində arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək. Bakıda günorta saatlarında 10-14 dərəcə isti olacaq. Noyabrın 29-da isə şimal küləyi yenidən cənub küləyi ilə əvəzlənəcək. Noyabrın 28-dən dekabrın 1-dək Azərbaycan rayonlarında bu müddətdə fasilələrlə yağış yağacağı gözlənilir (noyabrın 29-da gündüz yağntılarda qısa bir fasilə olacaq), respublikanın dağlıq ərazilərində yağıntıların, əsasən, sulu qar və qar şəklində müşahidə olunacağı proqnozlaşdırılır.
Mənbə: Milli.Az