Qadin.NET / Avropa Birliyi Rusiyanı təəccübləndirdi

Avropa Birliyi Rusiyanı təəccübləndirdi

 

Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Avropa Birliyinin sədri Herman Van Rompey və Avropa Komissiyasının sədri Joze Manuel Barrozonun Ukraynanın AB ilə assosiativ razılaşma və dərin, tam əhatəli azad ticarət zonası haqqında sazişin hazırlanma prosesinin dayandırılmasına dair birgə bəyanatını təəccüblə qarşılayıb. Bu barədə APA Rusiya Federasiyası XİN mətbuat xidmətinə istinadən xəbər verir. Məlumatda bildirilir ki, son günlər bir sıra Avropa siyasətçiləri və rəsmiləri tərəfindən səsləndirilən bəyanatlarda Rusiyanın mövqe və hərəkətlərinin qəti sürətdə pislənməsi təəssüf doğurur. “Bu kimi bəyanatlar Ukrayna cəmiyyətində “Şərq tərəfdaşlığı” təşəbbüsü çərçivəsində Avropa Birliyi tərəfindən bu ölkəyə və bir sıra dövlətlərə qarşı aşkar təzyiq nəticəsində yaranmış problemləri, çox güman ki, Rusiyanın üzərinə qoymaq səyləri ilə bağlıdır. Rusiya dəfələrlə, o cümlədən prezident səviyyəsində, bu siyasətin zərərli olduğunu vurğulayıb. İqtisadi birlik seçimi qonşularımızın suveren hüququdur, və biz bu seçimə hörmətlə yanaşacağımızı daim qeyd etmişik”, - deyə Rusiya xarici işlər idarəsinin yaydığı açıqlamada deyilir.

Mənbə: Milli.Az

27 noyabr 2013
GO BACK