Qadin.NET / Min bir dərdin dərmanı

Min bir dərdin dərmanı

 

Min bir dərdin dərmanı
Harvard Universiteti mütəxəssislərinin balığın sağlamlığa təsirləri haqqında apardıqları tədqiqatlar balığın insan bədəninə faydalarını ortaya çıxardı. Musavat.com yazır ki, araşdırmalar balıq yeməyinin ürək xəstəliklərində ölüm riskini 36% azaltdığını ortaya qoyur. Mütəxəssislər sağlam bir həyat üçün həftədə 2 dəfə balıq yeyilməsini məsləhət görür. Balıq zülal, D vitamini və mikroelementlər baxımından mükəmməl qida qaynağıdır. Tərkibindəki fosfor, kükürd, vanadium kimi minerallar sayəsində böyüməyi və toxumaların yaxşılaşmasını təmin edir. Sağlam diş və diş ətinə faydalıdır. Dəri rəngini gözəlləşdirir. Saçların daha dayanıqlı olmasını təmin edir. Bakterial infeksiyalarda müqaviməti artırır. Qandakı xolesterini nizamlayaraq ürək tutmalarının qarşısının alınmasında böyük əhəmiyyətə malikdir. Şəkər xəstəliyinin müalicəsində istifadə edilir. Depressiya və şizofreniya əlamətlərini yüngülləşdirir. Qlaukoma (göz içində təzyiqin artması səbəbi ilə meydana gələn korluq) müalicəsində faydası var.

 

Mənbə: Milli.Az

27 noyabr 2013
GO BACK