Qadin.NET / ADA Beynəlxalq Münasibətlər üzrə Universitetlər Assosiasiyasının üzvü seçildi

ADA Beynəlxalq Münasibətlər üzrə Universitetlər Assosiasiyasının üzvü seçildi

 

Trend-in məlumatına görə, bu barədə ADA-nın məlumatında deyilir.Assosiasiya Şimali Amerika, Asiya və Avropada beynəlxalq münasibətlər, o cümlədən bu sahə ilə birbaşa əlaqədar olan sülh, təhlükəsizlik, rifah, beynəlxalq anlaşma və s. kimi sahələr üzrə peşəkar tədrisin təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərən 60-dan çox universitet və proqramı özündə cəmləşdirir.ADA-nın rektoru Hafiz Paşayev bildirib: "ADA-nın qarşısına qoyduğu məqsədlərdən biri də tədris etdiyi bütün proqramların beynəlxalq akreditasiya əldə etməsidir. APSİA-ya üzvlük bu istiqamətdə atılmış addımlardan biridir". Assosiasiyaya üzv olan digər universitetlərin rektor və dekanları adından ADA-nı təbrik edən APSİA-nın proqram icraçısı Marqaret Braun üzvlük nəticəsində ADA tələbələrinin dövlət quruculuğu və beynəlxalq münasibətlər üzrə əldə etdikləri bilikləri karyera inkişafı ilə əlaqələndirərək 21-ci əsrin əmək bazarının tələblərinə daha yaxşı uyğunlaşacaqlarını vurğulayıb.ADA eyni zamanda Avropa Şurasının Azərbaycandakı nümayəndəliyi ilə qrant müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, ADA-da Avropa Şurası Mərkəzi fəaliyyətə başlayacaq. Bu Mərkəz dövlət qulluqçularına təlimlər verməklə yanaşı, ADA-da Avropa Şurası Münasibətləri üzrə magistratura proqramının yaradılmasına yardım göstərəcək.

Mənbə: Milli.Az

27 noyabr 2013
GO BACK