Qadin.NET / Azərbaycanda ayıltma məntəqələri yaradılır?

Azərbaycanda ayıltma məntəqələri yaradılır?

 

Son günlər xüsusilə qış fəslinin yaxınlaşdığı bir vaxtda paytaxda sərxoş halda aşkar edilənlərin sayı artıb. Anspress yazır ki, gündəlik olaraq sərnişin avtobuslarında, metroda belə hallarla üzləşməmək mümkün deyil. Lakin sərxoş halda gəzməklə kifayətlənməyib özlərinə parklardakı oturacaqları, yol kənarlarını, səkiləri yatmaq üçün məskən seçənlərə də rast gəlmək olur.Elə aşkar edilən həmin sərxoşlar məhz Bakı Şəhər Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinə gətirilir və burada onlara müayinədən keçirilməklə yardım edillir. Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun sözlərinə görə, son zamanlar sərxoş halda küçələrdə gecələyənlərin sayı artıb: “Gündəlik olaraq bizim taksikologiya şöbəsinə sərxoş halda 4-5 müraciət olur. Bu zəhərlənmə kimi qiymətləndirilir. Sərxoş halda onları bizim şöbəyə təcili yardım gətirir. Noyabr ayında 30 müraciət keçib. Əsas da gecə vaxtı müraciətlər olur. Yaşları da 20-25 arasında olan cavanlardır”.Şöbə müdiri onu da bildirib ki, bu cür sərxoşlar üçün əvvəlki vaxtlarda olduğu kimi, ayıltma məntəqələri yaradılmalıdır və onlarla pisixoloji söhbətlər aparılmalıdır. 

Mənbə: Milli.Az

27 noyabr 2013
GO BACK