Qadin.NET / Pis xəbərlərin faydası da var

Pis xəbərlərin faydası da var

 

Neqativ xəbərlər oxumaq insan psixikası üçün xeyirlidir. İsrail alimlərinin yeni araşdırmaları nəticəsində məlum olub ki, insan xarici aləmdən nə qədər çox neqativ məlumat alırsa, o qədər də yaxşıdır. Çünki təkrar toqquşma zamanı neqativ xəbərlərin psixikaya təsiri məhdudlaşır. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, tədqiqatlarda könüllülər xüsusi testlərdən keçiblər. Könüllülər onlara deyilən sözün rəngini deməli idilər. Testin xüsusiyyəti ondan ibarətdir ki, sözün rəngə heç bir bağlılığı yoxdur, ancaq emosional yükü fərqli şəkildə göstərə bilir. Məlum olub ki, insanlar neqativ sözlərin rəngini tapmaqda çətinlik çəkirlər. Bir müddət neqativ xəbərlər oxuduqdan sonra insanlar neqativ sözlərin rənglərini tapmaqda çətinlik çəkməyiblər.

Mənbə: Milli.Az

27 noyabr 2013
GO BACK