Qadin.NET / O gənclər kitabları seçirlər

O gənclər kitabları seçirlər

 

The Guardian nəşri Voxburnerin araşdırmasına istinadən yazıb ki, stereotiplərin əksinə, gənclər elektron kitablara deyil, kağız kitablara üstünlük verirlər. Milli.Az ICTnews-a istinadən bildirir ki, 16-24 yaşlı 1420 gənc arasında keçirilmiş sorğunun nəticəsinə əsasən, kitab oxuyan auditoriyanın 62%-i rəqəmli qurğulara deyil, kağız kitablara üstünlük verir. Gənc oxucular öz seçimlərini onunla izah edirlər ki, kağız kitabı əldə saxlamaq xoşdur, həmçinin onu dostla bölüşmək asandır. Britaniyalı gənclərin 47%-i, həmçinin qəzet və jurnalları oxumağı onların elektron versiyasından üstün tuturlar.

 

Mənbə: Milli.Az
26 noyabr 2013
GO BACK