Bosniya-Hersoqovinanın Sanica kəndində yerləşən kiçik göl yoxa çıxıb. Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, səhər oyanan sakinlər gölün yerində bir çuxur qaldığını görüblər. Gölün suyu, balıqlar, ətrafdakı ağaclar və digər bitkiləri açılan çuxur "udub". 50 metr diametri və 30 metr dərinliyi olan bir krater açılıb. Həmin kənddə yaşayan əhali gölün suyunun azalmasını yeraltı sularla bağlı olduğunu ehtimal ediblər.
Mənbə: Milli.Az