Qadin.NET / İnformasiyanı haradan alırsınız?

İnformasiyanı haradan alırsınız?

 

AzərTAc xəbər verir ki, hər il noyabrın 26-sı dünyada Ümumdünya İnformasiya Günü kimi qeyd edilir. BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan Beynəlxalq İnformasiyalaşdırma Akademiyası və Ümumdünya İnformasioloji Parlamentin təşəbbüsü ilə qeyd olunan bu gün İKT sahəsində çalışanların peşə bayramıdır. Bəşər tarixində informasiya həmişə mühüm əhəmiyyət kəsb edib. XX əsrin ortalarından başlayaraq sosial tərəqqi, elm və texnikanın sürətli inkişafı nəticəsində informasiyanın rolu daha da artmıb. Qloballaşan dünyada informasiyanın mahiyyəti və müasir sivilizasiyanın inkişafında rolu, informasiya və informasiyalaşdırma proseslərinin geniş vüsət alması, informasiya cəmiyyətinin formalaşması mühüm məsələlərdən biridir. Xatırladaq ki, 26 noyabr 1992-ci ildə Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının təşəbbüsü ilə I Beynəlxalq İnformasiyalaşdırma Forumu keçirilib. Tədbirdə ənənəvi olaraq hər il 26 noyabr tarixində Ümumdünya İnformasiya Gününün qeyd olunmasına dair qərar qəbul olunub. Bu əlamətdar gün rəsmi olaraq 1994-cü ildə YUNESKO tərəfindən qeydiyyata alınıb. Cəmiyyətimizdə çox zaman xəbərləşmək üçün xüsusi vasitələrə ehtiyac qalmır: "qaraçı poçtu" bəd xəbəri də, şad xəbəri də tez çatdırır. Qeybət, dedi-qodu da öz yerində. Əziz oxucular, bəs siz informasiyanı haradan və necə alırsınız? Hansı məlumata daha çox etibar edirsiniz? Fikirlərinizi bizimlə bölüşün.

 

Mənbə: Milli.Az

26 noyabr 2013
GO BACK