Qadin.NET / Bakı-Qazax qatarı ləğv edilir

Bakı-Qazax qatarı ləğv edilir

 

Dekabrın 1-dən etibarən Bakı-Qazax-Bakı sərnişin qatarı ləğv ediləcək. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun anspress-ə verdiyi xəbərə görə, dekabrın 1-dən Bakı-Qazax-Bakı qatarı Bakı-Ağstafa-Bakı sürət qatarı ilə birləşdiriləcək və Bakı-Ağstafa-Qazax-Bakı sürət qatarı adlandırılacaq. N.Əzməmədov yeni qatarın 10 vaqondan ibarət olacağını və sərnişin axını olarsa, qatara əlavə fakultativ vaqonlar qoşulacağını da qeyd edib. Bakı-Qazax-Bakı sərnişin qatarı Bakıdan axırıncı dəfə 30 noyabrda, Qazaxdan geriyə isə 1 dekabrda yola düşəcək. Nadir Əzməmmədov yeni yaradılacaq olan qatarın qiymət tariflərində dəyişiklik olmayacağını da bildirib: “Qiymətlər əvvəlki kimi yenə də məsafədən aslı olaraq dəyişəcək”. Nadir Əzməmədov vaqonların dəyişdirıləcəyini də sözlərinə əlavə edib: “Təmir üçün Ukraynaya göndərilən vaqonlardan 50-si gəlib, 10-u isə bu yaxınlarada gələcək. Rusiyaya təmirə göndərilən vaqonlaradan 10-u isə dekabrın sonlarında ölkəyə gətiriləcək”.

Mənbə: Milli.Az

26 noyabr 2013
GO BACK